Yuxarı

ABŞ konqresmenlərindən Xocalı bəyanatı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 25-də ABŞ Konqresinin üzvləri Stiv Kohen və Virciniya Foks Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı Konqresdə bəyanatlarla çıxış ediblər.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, Konqresdəki Azərbaycan üzrə İşçi Qrupunun həmsədrlərindən olan S.Kohen öz bəyanatında Azərbaycanın Dağlıq Qarabaş bölgəsinin Xocalı şəhərində baş vermiş faciə barədə məlumat verib və Dağlıq Qarabağın hazırda işğal altında olduğunu bəyan edib. Konqresmen Azərbaycanı dünyanın önəmli bir regionunda ABŞ-ın güclü müttəfiqi kimi xarakterizə edib və Birləşmiş Ştatların Ermənistan-Azərbaycan münaqişəsinin həllində fəal iştirakının vacibliyini vurğulayıb.

Konqresdəki Azərbaycan üzrə İşçi Qrupunun üzvlərindən olan V.Foks isə öz bəyanatında Xocalı faciəsinin Ermənistan-Azərbaycan münaqişəsinin ən ağrılı günü olduğunu və Amerika xalqının bu hadisəni yad etməsinin önəmini qeyd edib.

ABŞ Konqresinin üzvləri Cin Qrin və Tim Rayn da Xocalı faciəsinin 22-ci ildönümü münasibətilə Konqresdə bəyanatlarla çıxış ediblər.

Konqresmen C.Qrin öz bəyanatında Xocalının Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ən böyük 3 yaşayış məntəqəsindən biri olduğunu qeyd edib və Xocalı faciəsinin nüfuzlu beynəlxalq media orqanları tərəfindən işıqlandırıldığını bəyan edib. Azərbaycanın ABŞ-ın mühüm tərəfdaşı və dostu olduğunu vurğulayan konqresmen, eyni zamanda, dünya liderlərini Azərbaycan torpaqlarının işğalına son verəcək sülh razılaşmasının əldə olunmasına kömək etməyə çağırıb.

Öz növbəsində, konqresmen T.Rayn da Xocalı faciəsinin qurbanlarını yad edib. O, öz bəyanatında Ermənistan və Azərbaycan arasındakı münaqişənin ədalətli və hərtərəfli həllinin regionda uzunmüddətli sülhün bərqərar olmasının baxımından həlledici olduğunu vurğulayıb("Trend").

Tarix
2014.02.27 / 09:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla