Yuxarı

Azərbaycanla strateji addımlar atırıq – İrandan açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanla strateji addımlar atırıq – İrandan açıqlama

İran və Azərbaycan arasında iqtisadi əməkdaşlıq sahəsində yeni strateji addımlar atılır.

Axar.az xəbər verir ki, bu barədə İranın Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatasının sədr müavini Hüseyn Pirmüəzzən İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu ilə görüşündə deyib.

Onun sözlərinə görə, iki ölkə arasında Biləsuvar Azad Ticarət və Sənaye Bölgəsində logistika limanı və birgə sənaye şəhərciyinin yaradılması nəzərdə tutulur və bu layihələr İran və Azərbaycan prezidentlərinin razılığı və Birgə İqtisadi Komissiyanın təsdiqi ilə həyata keçiriləcək. Hazırda razılaşmaların icrası ilə bağlı texniki proseslər davam etdirilir.

“Kommersiya yük maşınlarının sərhəddə gözləmə müddəti bir həftədən 48 saata endirilib. Gömrük əməliyyatlarının 24 saatlıq rejimə keçməsi halında, daşımaların həcmi daha da artacaq”, - Pirmüəzzən qeyd edib.

Sonda Pirmüəzzən gələn həftə Tehranda İran-Azərbaycan Müştərək İqtisadi Komissiyasının iclasının keçiriləcəyi və bu görüşdə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin də iştirakının gözlənildiyini vurğulayıb.

Tarix
2025.09.19 / 11:01
Müəllif
Suzanna İsmayılova
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla