Yuxarı

Bakı-İstanbul reysi axşam baş tutacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı-İstanbul reysi axşam baş tutacaq

Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Türkiyənin İstanbul şəhərinə təxirə salınan reyslərinin sərnişinləri bu axşam Bakıdan Türkiyəyə böyük təyyarə ilə yola düşəcəklər.

Axar.az xəbər verir ki, bu barədə AZAL-ın rəsmi Feysbuk səhifəsində məlumat yayılıb.

İnformasiyaya görə, İstanbuldan təxirə salınan reyslərin sərnişinləri bu təyyarə ilə Bakıya yola düşə bilərlər. Bununla əlaqədar İstanbulda olan J2-8076 və J2-8080 reyslərinin sərnişinlərinə öz aviabiletlərini aviakassalarda J2-8078 reysinə dəyişdirilməsi tövsiyə olunur.

Xatırladaq ki, ötən gecə Türkiyədə baş verən hadisələr ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları"nın J2-8103 (06:45) Bakı-İstanbul; J2-8075 (08:45) Bakı-İstanbul; J2-8003 (09:10) Bakı-Ankara reysləri təxirə salınmışdı.

Tarix
2016.07.16 / 18:52
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla