"Hesab edirəm ki, tələbələr ən azı 70 faiz dərslərdə
iştirak etməlidir. Çünki bu onların imtahan nəticələrinə də təsir
edir".
Bu
sözləri "Axar.az"ın suallarını cavablandıran "21-ci Əsr" Təhsil
Mərkəzinin rəhbəri Etibar Əliyev bildirdi. Onun sözlərinə görə,
tələbələrin dərslərdə iştirak etməsi ilə bağlı çərçivənin müəyyən
edilməsi üçün universitet rəhbərliyi ilə tələbələr qarşılıqlı
razılığa gəlməlidir: "Boloniya sistemində nəzərdə tutulub ki, dərs
saatı 45 saatı ötməməlidir. Yəni 15 saat auditoriya daxili, 30 saat
isə auditoriya xarici dərs saatları ola bilər. Tələbə öz müəllimini
seçir, öz dərs qrafikini müəyyən edir. Əgər tələbə öz müəllimini
seçirsə, o dərslərdə necə iştirak edə bilməz axı?! Bu prosesdə ali
məktəb rəhbərlikləri sadəcə, dərsə gəlib-gəlməməklə bağlı limiti
müəyyən edirlər".
O, rektora fürsət verirdi ki, rüşvət alsın
Təhsil
üzrə ekspert Nabatəli Qulamoğlu hesab edir ki, yeni təhsil naziri
vəzifəyə gələndə qayıbların yığışdırılmasını əmr edib: "Siz
bilirsiniz ki, Boloniya sistemi intellektə əsaslanan təhsil
sistemidir. Əgər qayıbla tələbənin biliyi yoxlanılsa, bu o deməkdir
ki, bizdə distant təhsil ümumiyyətlə olmamalıdır. Bu sistem
Azərbaycanda tətbiq edilirdi. Sovet dövründən qalma bir qayda idi.
O, rektorun əlinə fürsət verirdi ki, dərslərdə iştirak etməməklə
bağlı müəyyən limiti keçən tələbədən rüşvət alsın. Bu sistemin
olması korrupsiyaya çox ciddi zəmin yaradırdı və nazir əmir verdi
ki, qayıb sistemi ləğv edilsin. Məncə, bu çox böyük addımdır.
Hazırda Azərbaycandakı universitetlərdə tələbələrə qayıb
yazılmır".
Universitetdən xaricetmə ləğv edilib
BDU-nun
mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova isə qayıbların
yazılması ilə bağlı dəqiq məlumatının olmadığını bildirdi:
"Qayıblarla bağlı dəqiq məlumatım yoxdur. Siz ondan ötrü əsasnaməyə
baxın. Səhv etmirəmsə, təhsil nazirinin qərarına əsasən qayıblara
görə universitetdən xaric etmə ləğv edilib, amma 25 faiz limiti
var".
Xatırladaq ki, bir neçə gün öncə Bakı Dövlət Universitetinin
(BDU) tələbələri kəsrlərin düzəldilməsi üçün pul ödənişinə etiraz
olaraq aksiya keçirdilər. Ölkənin təhsil ictimaiyyəti arasında
xeyli rezonansa səbəb olan aksiya ilə bağlı bir çox şəxslər
fikirlərini bölüşmüşdü.