Yuxarı

Şərifdən ABŞ-a: Pakistan xalqı bundan hiddətlənib!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şərifdən ABŞ-a: Pakistan xalqı bundan hiddətlənib!

Pakistan BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququna malikdir.

Axar.az xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ Dövlət katibi Marko Rubio ilə telefon danışığı zamanı bildirib.

Pakistan hökumətinin başçısı amerikalı rəsmiyə Hindistanla münaqişənin inkişafı barədə məlumat verib. O, Hindistan ordusunun Pakistanın 31 vətəndaşının ölümü və 57 nəfərin yaralanması ilə nəticələnən raket və PUA zərbələrini pisləyib.

Şərif ölkə hakimiyyətinin və hərbi komandanlığının ölkə suverenliyini və ərazi bütövlüyünü qorumağa sadiq olduğunu bir daha təsdiqləyib.

Hökumət başçısı Pakistan xalqının Hindistanın səbəbsiz müharibə aktlarından hiddətləndiyini qeyd edərək, İslamabadın BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququnu özündə saxladığını vurğulayıb. Bundan əlavə, Pakistan lideri ABŞ Prezidenti Donald Trampın Cənubi Asiyadakı cari vəziyyətə göstərdiyi diqqəti yüksək qiymətləndirib.

Rubio bildirib ki, ABŞ regiondakı hadisələri diqqətlə izləyir. O, həmçinin münaqişənin hər iki tərəfinin gərginliyi azaltmaq üçün əməkdaşlıq etməsinin vacibliyini vurğulayıb.

Tarix
2025.05.08 / 22:54
Müəllif
Axar.az
Digər xəbərlər

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa edi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

Azərbaycan və BƏƏ-nin HHQ komandanları görüşdü

Parisdə polis bir kanakı amansızcasına döydü - Video

Dövlət əleyhinə çağırışlar yayan 7 türkiyəli axtarışa verildi

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla