Yuxarı

“Multikulturalist Azərbaycan” layihəsinə start verilir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Multikulturalist Azərbaycan” layihəsinə start verilir

İRƏLİ İctimai Birliyi tərəfindən, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Multikulturalist Azərbaycan" layihəsinə start veriləcək.

Axar.az xəbər verir ki, İRƏLİ İctimai Birliyi gənclərin maarifləndirilməsi, Azərbaycanın müxtəlif regionlarında yaşayan etnik azlıqların nümayəndələrini, eyni zamanda Azərbaycanda təhsil alan xarici ölkələrin müxtəlif ixtisaslı gənclərini toplamaqla onlar arasında mədəni dialoqun yaradılması, təmsil etdikləri millətlərin mədəniyyətini, dilini, ənənəsini nümayiş etdirməyə şərait yaratmaqla cəmiyyətin rüşeymi olan gənclərdə tolerantlıq, humanizm prinsiplərini formalaşdırmaq üçün İsmayıllı rayonunda 5 günlük layihə həyata keçirəcək.

"Multikulturalist Azərbaycan" layihəsinin əsas məqsədi Azərbaycanda multikultural dəyərlərin aşılanması, vətəndaş cəmiyyətinin düzgün istiqamətə yönləndirilməsi, gənclərdə humanizm, tolerantlıq prinsiplərinin formalaşdırılması ilə demokratik mühiti inkişaf etdirmək, dünya mədəniyyətinə inteqrasiyanı sürətləndirmək, inteqrasiya fonunda Azərbaycan mədəniyyətinin dünya miqyasında tanınmasına nail olmaqla milli- mənəvi dəyərlərimizin, tarixi nailiyyət və abidələrimizin mənfurlar tərəfindən öz adına çıxarmağın qarşısını almaqdan ibarətdir.

700 dən artıq gəncin müraciət etdiyi "Multikulturalist Azərbaycan" layihəsində 120 nəfər gənc paytaxt gənci, Azərbaycanın müxtəlif regionlarında yaşayan gənclər və müxtəlif millətlərin nümayəndələrinin iştirakı nəzərdə tutulub. İştirakçılar komandalar halında yarışacaqlar. Ümumilikdə 8 – Səlcuqlar, Manna, Atropatena, Albaniya, Atabəylər, Səfəvilər, Şirvanşahlar, Qaraqoyunlu komandaları düşərgə gününün sonuna kimi mükafat qazanmaq uğrunda mübarizə aparacaqlar.

Düşərgədə müxtəlif təlimçilər tərəfindən iştirakçılara "komanda işi: streotiplərdən necə azad olmalı", "Multikuturalizm modeli", "Polietnik cəmiyyətdə biz", "Azərbaycan çoxmillətli dövlət kimi", "Multikultural cəmiyyətdə vətəndaş vəzifələri", "Dinləri necə yaşayaq" mövzularında təlimlər keçiriləcəkdir.

Qeyd etmək istərdik ki, "Multikulturalist Azərbaycan" layihəsi SAY hərəkatı nəzdində fəaliyyət göstərən üçüncü layihədir. Bundan əvvəl 2014-cü ildə Qubada "SAY: Könüllülük Akademiyası" və 2015-ci il Gəncə şəhərində "SAY: Green" layihələri həyata keçirilmişdir. "SAY: Qrin" layihəsində olduğu kimi, "SAY: Multikuturalizm" layihəsində də gənclər açıq havada qurulan yaşayış çadırlarında qalaraq müxtəlif ekstrim idman növləri üzrə yarışlarda özlərini sınayacaqlar.

Tarix
2016.07.19 / 22:42
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyanın Azərbaycanla bağlı planı alınmadı - Ekspert

İqbal Ağazadədən DTX-ya şikayət edildi: Kürd qalmaqalı...

Davudoğludan gözlənilməz: Həm özü, həm də partiyası...

Speys TV ilə bağlı yayılan məlumatlara reaksiya

Hikmət Hacıyevin bir sualı ilə ifşa oldu - Video

Boş qalan “Sədərək” bazarı: vəziyyətdən bir çıxış yolu var

Prezidentdən Naxçıvanla bağlı qərar

Prezident bu səfirləri geri çağırdı - Yeni təyinatlar

Qaz təchizatı obyektləri ilə bağlı mühüm qərar

Azərbaycandan Almaniyaya qaçdılar - Berlin himayə edir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla