Dünən video paylaşım saytı Yutubda Türkiyə Baş naziri
R.T.Ərdoğanın yaxın adamlarına aid olduğu iddia edilən yeni telefon
danışığı yayılıb.
Videoya səslərlə birlikdə yazılı açıqlamalar da əlavə olunub.
"Axar.az" həmin açıqlamanı təqdim edir:
"17 dekabr günü Baş nazirin Qısıqlıdakı malikanəsindən
avtomobillərlə daşınan pulların bir qismini Baş nazirin kürəkəni
Berat Albayrağın sağ qolu Mədət Nəbi Yanıq daşıyır. Mədət Nəbi
Yanığın adı daha əvvəl Turkuvaz Medianın Baş nazirin əmriylə satın
alınması işlərində pulların transferində də hallanmışdı.
Mədət Yanıq, Berat Albayrağın əmriylə 17 dekabr əməliyyatıyla
eyni gün, Qısıqlıda saxlanılan pulları daşıyır. 17 dekabr günü
"Sabah" və "ATV"nin təzə sahibi Ömər Faruk Kalyonçuya küllü
miqdarda pul daşıyan Mədət Nəbi Yanıq səhəri gün də Çalıq Holdinqə
pul daşıyır".
Səs yazısına görə 1-ci telefon zəngində Mədət Nəbi Yanığın Baş
nazirin Qısıqlıdakı evindən yüklədiyi pulları Faruk Kalyonçuya
təhvil vermək üçün Hakan Arslana vermək üzrə olduğu aydın
eşidilir.
Bu telefon danışığının səs yazısı, montaj olduğu Baş nazirlik
tərəfindən açıqlanan, Bilal Ərdoğanın Baş nazir Ərdoğana "Ata,
hal-hazırda Beratın ağlına bir fikir də gəldi. Deyir, bir hissəsini
digər işlə əlaqədar dərhal Faruk Kalyonşuya verək. Özün onsuz da
danışmısan əvvəlcədən. Çox hissəsini belə əridə bilərik", - dediyi
səs yazısını təsdiqləyir.
18 dekabr günü Baş nazirin evində "sıfırlanmayan" pullardan 25
milyon dolların Çalık Holdinqə təhvil verildiyi iddia edilir.
Mədət Yanıq və Rza Ağın arasındakı telefon danışığından bir gün
əvvəl də Çalık Holdinqə pul daşıdığı, ancaq məbləğ çox olduğuna
görə prosesin sabahkı günə saxlanıldığı aydın olur.
Yenə montaj olduğu iddia edilən Ərdoğanla oğlunun telefon
danışığında "Hələ sıfırlamamışıq, ata. Belə ki, 30 milyon avro
miqdarında balaca məbləğ qalıb. Əridə bilməmişk hələ. Yenə Beratın
bir fikri var. Əhməd Çalıkdan alacağı əlavə 25 milyon dollar qalıb,
deyir. Qalanıyla da Şəhrizardan bir villa ala bilərik", -
sözləriylə paralel olan daşıma əməliyyatında diqqət çəkən bir nöqtə
isə heç kimin məbləği bilməməsidir.
Rza Ağın Mədət Yanığa "məbləğ barəsində məlumatın var" sualına
Yanıq: "Məlumatım yoxdur, dəqiq öyrənəndə sənə xəbər verəcəyəm", -
deyə cavab verir.
Növbəti danışıqda Ağın pulun avro, yoxsa dollarla olması sualına
Yanıq bilmədiyini deyir.