Yuxarı

Ukrayna Kremlin “qidalandığı” sahələri məhv edir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna Kremlin “qidalandığı” sahələri məhv edir

Ukrayna ordusunun Rusiya ərazisində yerləşən neft emalı zavodlarına artan hücumları Moskvanın iqtisadi sabitliyinə ciddi təzyiqlər yaradır. Bu hücumlar təkcə Rusiya ordusunun təchizat imkanlarını zəiflətmir, həm də ölkə daxilində sosial narazılığın dərinləşməsinə səbəb ola bilər.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Samir Hümbətov Ukrayna ordusunun Rusiya neft emal zavodlarını sistemli olaraq hədəf almasını şərh edərkən deyib.

“Rusiya üçün əsas qan damarı neft emalı zavodlarıdır. Rusiya hasil etdiyi nefti əsasən xam neft formasında satsa da, əhəmiyyətli hissəsini NEZ-lərə yönəldir - həm daxili tələbatı ödəmək, həm də xaricə satış üçün. Zavodların sıradan çıxarılması birbaşa olaraq qıtlığa, qiymət artımına və ictimai narazılığa gətirib çıxarır”, - o bildirib.

Hümbətov qeyd edib ki, Ukraynanın bu cür addımlarının arxasında siyasi motivlər də var:

“Əslində, Ukraynanın əsas hədəfi odur ki, Rusiyanın daxilində narazılığı gücləndirsin. Kiyev istəyir ki, Rusiya cəmiyyəti müharibənin ağırlığını daha çox hiss etsin və bu savaşı dayandırmaq üçün öz hakimiyyətinə təzyiq etsin”.

Tarix
2025.10.02 / 09:00
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla