Yuxarı

İlham Əliyev Kopenhagendə Maya Sandu ilə görüşdü - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Kopenhagendə Maya Sandu ilə görüşdü - Foto

Azərbaycan Prezidenti İlham Əliyev Kopenhagendə Moldova Prezidenti Maya Sandu ilə görüşüb.

Axar.az xəbər verir ki, dövlət başçısı Moldovada keçirilmiş parlament seçkilərində Maya Sandunun rəhbərlik etdiyi hakim Fəaliyyət və Həmrəylik Partiyasının qələbə qazanması münasibətilə təbriklərini çatdıraraq bu seçkilərin Moldova xalqının iradəsini əks etdirdiyini deyib.

Moldova Prezidenti təbriklərə görə təşəkkürünü bildirib. O da öz növbəsində Vaşinqtonda Ermənistanla Azərbaycan arasında Amerika Birləşmiş Ştatlarının şahidliyi ilə sülh gündəliyi üzrə əldə olunmuş nəticələr münasibətilə Prezident İlham Əliyevi təbrik edib.

Təbriklərə görə minnətdarlığını bildirən dövlət başçısı Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə bağlı əldə olunmuş nəticələrin tarixi əhəmiyyət kəsb etdiyini bildirib.

Görüşdə ikitərəfli münasibətlərimizin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, xüsusilə də enerji sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanıb.

Prezident Maya Sandu Moldovanın xüsusilə enerjiyə ehtiyac duyduğu zamanda Azərbaycanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd edib.

Tarix
2025.10.02 / 09:04
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Amina Mohammedi qəbul etdi

Britaniya kralı İlham Əliyevə təbrik ünvanladı

Dünya liderləri İlham Əliyevi təbrik edir

Əminə Məhəmməd Azərbaycana gəldi

Şərifdən Əliyevə: Ərdoğanla birlikdə Azərbaycanda olmaq...

Yeni Kaledoniya məsələsi Fransanın daxili işi deyil - Xaokas

Emmanuel Makron İlham Əliyevə zəng vurdu

Qazaxıstandan AZAL qəzası ilə bağlı vacib açıqlama

WUF13-ün dördüncü günü: Nələr müzakirə olundu?

Bolqarıstan prezidenti Sumqayıtda

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla