18:11
Prezident İlham Əliyev məcburi köçkün ailələrinin
mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər
haqqında sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti
məlumat yayıb.
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq,
məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin
yaxşılaşdırılması məqsədi ilə qərara alıram:
1. Bakı şəhəri ərazisində qəzalı vəziyyətdə olan binalarda
müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrini hazır mənzil
alınması yolu ilə yeni mənzillərlə təmin etmək üçün Azərbaycan
Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş
Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan
Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinə 2,5 milyon (iki milyon beş yüz min) manat
ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın
1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan
irəli gələn digər məsələləri həll etsin.
18:46
İlham Əliyev "Mədəni bitkilərin genetik ehtiyatlarının
mühafizəsi və səmərəli istifadəsi haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan
Respublikasının 2016-cı il 14 iyun tarixli 286-VQD nömrəli
Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Mədəni bitkilərin
genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında"
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə"
Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 286-VQD
nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun
tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının "Mədəni bitkilərin genetik
ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında"
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə"
Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı
təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Mədəni bitkilərin genetik ehtiyatlarının
mühafizəsi və səmərəli istifadəsi haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
***
İlham Əliyev "Taxıl haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının
2016-cı il 14 iyun tarixli 288-VQD nömrəli Qanununun tətbiqi
haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq,
"Taxıl haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 14 iyun
tarixli 288-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının "Taxıl haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Taxıl haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə məlumat versin.
19:13
İlham Əliyev "Azərbaycan Respublikasının Mülki
Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan
Respublikasının 2016-cı il 24 iyun tarixli 301-VQD nömrəli
Qanununun tətbiqi barədə sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq,
"Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi
haqqında" Azərbaycan Respublikasının 2016-cı il 24 iyun tarixli
301-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin
Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının
Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Azərbaycan Respublikasının Mülki Məcəlləsində
dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat versin.
***
İlham Əliyev M.C.Muradova "Əməkdar hüquqşünas" fəxri
adının verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq
qərara alıram:
Azərbaycan Respublikasının prokurorluq və məhkəmə hakimiyyəti
orqanlarında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin hakimi Mahir Cümşüd oğlu Muradova
"Əməkdar hüquqşünas" fəxri adı verilsin.
20:10
İlham Əliyev "Çayçılıq haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının 2016-cı il 14 iyun tarixli 289-VQD nömrəli
Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq,
"Çayçılıq haqqında" Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı
il 14 iyun tarixli 289-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə
əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara
alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının "Çayçılıq haqqında"
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı
təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Çayçılıq haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə məlumat versin.
***
İlham Əliyev "Azərbaycan Respublikasının Miqrasiya
Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan
Respublikasının 2016-cı il 24 iyun tarixli 299-VQD nömrəli
Qanununun tətbiqi barədə sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq,
"Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik
edilməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 24 iyun
tarixli 299-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının
Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Azərbaycan Respublikasının Miqrasiya
Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
***
İlham Əliyev "Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan
Respublikasının 2016-cı il 24 iyun tarixli 300-VQD nömrəli
Qanununun tətbiqi barədə sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi
haqqında" Azərbaycan Respublikasının 2016-cı il 24 iyun tarixli
300-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin
Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında"
Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı
təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
***
Prezident İlham Əliyevin imzaladığı digər fərmanlar
aşağıdakı kimidir:
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı
il 24 iyun tarixli 303-VQD nömrəli Qanununun tətbiqi barədə;
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Seneqal
Respublikasının Baş Gömrük İdarəsi arasında gömrük əməkdaşlarının
potensialının gücləndirilməsi sahəsində qarşılıqlı yardım haqqında
Sazişin təsdiq edilməsi barədə;
20:55
İlham Əliyev "Azərbaycan Respublikasının dövlət
büdcəsinin tərkibində "Avtomobil yolları" Məqsədli Büdcə Fondunun
yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı
il 12 oktyabr tarixli 1729 nömrəli Sərəncamında dəyişikliklər
edilməsi barədə sərəncam imzalayıb.
Sərəncamda vurğulanır: "Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq
qərara alıram:
1. "Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində
"Avtomobil yolları" Məqsədli Büdcə Fondunun yaradılması haqqında"
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 oktyabr tarixli
1729 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006, № 10, maddə 870; 2014, № 12, maddə
1630) aşağıdakı dəyişikliklər edilsin:
1.1. Aşağıdakı məzmunda 2.6-1-ci bənd əlavə edilsin:
"2.6-1. iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin
icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə
parametrlərinə dair tələblərin pozulmasına görə tətbiq edilmiş
inzibati cərimələr;";
1.2. 3-cü hissədə "Azərbaycan Respublikasının Nəqliyyat
Nazirliyidir" sözləri "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətidir"
sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu
Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".