Yuxarı

Prezident NN-in daha bir səlahiyyətini ləğv etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident NN-in daha bir səlahiyyətini ləğv etdi

"Avtomobil yolları" Məqsədli Büdcə Fondunun vəsaitinin dövlət büdcəsi tərkibində təsdiq olunmuş xərclər dairəsində sərəncamçısı dəyişib.

Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı sərəncamda əksini tapıb.

Dəyişikliyə əsasən, Nəqliyyat Nazirliyinin "Avtomobil yolları" Məqsədli Büdcə Fondu ilə bağlı səlahiyyəti ləğv edilib, bu səlahiyyət "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə verilib.

"Avtomobil yollan" Məqsədli Büdcə Fondu dövlət büdcəsinin yol vergisi, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi, idxal olunan minik avtomobillərinə tətbiq edilən aksizlər, idxal olunan avtonəqliyyat vasitələrinə tətbiq edilən gömrük rüsumu, Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün tutulan dövlət rüsumu, nəqliyyat vasitələrinin, o cümlədən motonəqliyyat vasitələrinin, qoşquların və yarımqoşquların illik texniki baxışdan keçirilməsi üçün tutulan dövlət rüsumu və dövlət büdcəsindən ayrılan vəsait hesabına formalaşır. Digər dəyişikliyə əsasən bundan sonra iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına görə tətbiq edilmiş inzibati cərimələr də "Avtomobil yolları" Məqsədli Büdcə Fondunun formalaşdırılmasına yönəldiləcək.

Tarix
2016.07.20 / 22:40
Müəllif
Axar.az
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla