Yuxarı

Bağlanan banklardakı əmanətlər necə qaytarılacaq?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bağlanan banklardakı əmanətlər necə qaytarılacaq?

Sığorta hadisəsi baş vermiş Dekabank ASC, Kredobank ASC, Parabank ASC və Zaminbank ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödəmək üçün Əmanətlərin Sığortalanması Fondu Mərkəzi Bankdan kredit götürəcək.

APA xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bağlanan 4 bank üzrə ümumilikdə kompensasiya olunan əmanətlər 126 milyon 956 min manat təşkil edir: "Bizim hazırda 26 milyon manata yaxın vəsaitimiz var. Bizə bağlanan banklarda əmanətçilərə kompensasiya vermək üçün 100 milyon manata ehtiyacımız var. Biz bununla bağlı Mərkəzi Banka müraciət edəcəyik".

A.Cavadov əlavə edib ki, banklarda əmanətlərin təqribən 80%-i xarici valyutada, 20%-i milli valyutadadır.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən, Dekabank ASC, Kredobank ASC, Parabank ASC və Zaminbank ASC-nin bank lisenziyaları ləğv olunub.

Maraqlıdır ki, Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün keçirdiyi mətbuat konfransında lisenziyası ləğv olunan banklarda ümumilikdə 140 milyon 300 min manat məbləğində qorunan əmanət olduğunu deyib.

Tarix
2016.07.22 / 12:15
Müəllif
Axar.az
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla