Yuxarı

Onlara veriləcək müavinətlərin məbləği açıqlandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Onlara veriləcək müavinətlərin məbləği açıqlandı

Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd zamanı ölən və yaralanan mülki vətəndaşların ailələrinə ödəniləcək təzminatın məbləği açıqlanıb.

Axar.az xəbər verir ki, hadisələr zamanı ölənlərin ailələrinə 32.640 TL (16.724 AZN), yaralananlara 3.916 TL (2.006 AZN), şikəst olanlara isə 47.000 TL (24.082 AZN) birdəfəlik maddi yardım veriləcək.

Bundan əlavə, yaralananlara iş qabiliyyətinin itirilməsinə görə əlillik dərəcəsinə uyğun olaraq birdəfəlik təzminat ödəniləcək. Belə ki, I qrup əlilə 31.987 – 47.000 TL (16,390 – 24.082 AZN), II qrup əlilə 16.320 – 31.334 TL (8.362 – 16.055 AZN) və III qrup əlilə isə 2.611 – 15.667 TL (1.337 – 8.027 AZN) məbləği arasında pul veriləcək.

Eyni zamanda, ölənlərin ailələri və iş qabiliyyətini tamamilə itirənlərə aylıq müavinət ödəniləcək. Belə ki, ölənlərin ailələrinə 885 TL (453 AZN), iş qabiliyyətini tamamilə itirən I qrup əlilə 885 TL (452 AZN), II qrup əlilə 708 TL (362 AZN), III qrup əlilə isə 531 TL (272 AZN) aylıq müavinət veriləcək.

Ölən və yaralanan mülki vətəndaşların ailələri təzminatı almaq üçün 60 gün müddətində valiliyə müaciət etməlidirlər.

Xatırladaq ki, 15 iyul dövlət çevrilişinə cəhd zamanı 246 nəfər ölüb, 1536 nəfər yaralanıb.

Tarix
2016.07.22 / 16:05
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Rusiyanın Azərbaycanla bağlı planı alınmadı - Ekspert

İqbal Ağazadədən DTX-ya şikayət edildi: Kürd qalmaqalı...

Davudoğludan gözlənilməz: Həm özü, həm də partiyası...

Speys TV ilə bağlı yayılan məlumatlara reaksiya

Hikmət Hacıyevin bir sualı ilə ifşa oldu - Video

Boş qalan “Sədərək” bazarı: vəziyyətdən bir çıxış yolu var

Prezidentdən Naxçıvanla bağlı qərar

Prezident bu səfirləri geri çağırdı - Yeni təyinatlar

Qaz təchizatı obyektləri ilə bağlı mühüm qərar

Azərbaycandan Almaniyaya qaçdılar - Berlin himayə edir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla