Yuxarı

15 iyul Türkiyəyə 80 milyarda başa gəldi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
15 iyul Türkiyəyə 80 milyarda başa gəldi

Türkiyədəki çevrilişə cəhddən sonra fond bazarında çalışan şirkətlərin bazar dəyəri 1 həftədə 78 milyard aşağı düşüb.

Axar.az xəbər verir ki, bu şirkətlərin bazar dəyəri 15 iyulda 634 milyard lirə ikən 22 iyulda 556 milyard lirəyə enib. Zərərin böyük bir qismi nəhəng 20 şirkətin üzərinə düşüb.

Ən böyük zərər "Ağbank"da qeydə alınıb. "Ağbank" bir həftədə 5 milyard 920 milyon itirib.

Qoç Holdinqdə isə bu itki 5 milyard 908 milyon lirəyə bərabər olub.

3-cü pillədə "Qaranti" bankı məskunlaşıb. "Qaranti" bankının bazar dəyəri 5 milyard 670 milyon lirə olub.

"Yapı Kredi"nin 1 həftəlik itkisi 3 milyard 8 milyon lirə təşkil edib.

İlk beşliyi Sabançı Holdinq tamamlayıb. Sözügedən holdinqdə bazar dəyəri 3 milyard 591 milyon lirə aşağı düşüb.

Növbəti pillələrdə 3 milyard 374 milyon lirə zərərlə "Türkiyə İş Bankı", 2 milyard 520 milyon lirə zərərlə "Türk Telekom" yer alıb.

Əvvəlcə "Xalq bank" da bu siyahıda yer alsa da, daha sonra Koka Kola şirkəti onu əvəzləyib.

Bazar dəyərində heç bir dəyişiklik olmayan yeganə şirkət "Fianansbank" olub.

Tarix
2016.07.25 / 17:59
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

XİN Türkiyəyə başsağlığı verdi

Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu - Video

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla