Yuxarı

Səfir: “Gülən məktəbləri bağlana bilər”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səfir: “Gülən məktəbləri bağlana bilər”

Azərbaycanda Fətullah Gülənlə əlaqəsi olan təhsil ocaqlarının fəaliyyətinin dayandırılmasının ardınca qonşu Gürcüstanda da eyni addım atıla bilər.

Report xəbər verir ki, bunu Türkiyənin Gürcüstandakı səfiri Zəki Ləvənt Gömrükçü Tbilisidə keçirdiyi mətbuat konfransında deyib.

"Bu məsələ ilə bağlı Gürcüstan tərəfi ilə danışıqlar aparılır. Amma indiki mərhələdə mətbuata detallar barədə əlavə məlumat verməyimiz doğru olmaz", - səfir bildirib.

Mətbuat konfransında bir çox məsələlərə toxunan səfir son hadisələrin Türkiyə iqtisadiyyatını çökdürəcəyi ilə bağlı yazılanlara da münasibət bildirib: "Ölkəmizdə yaşananların həm Türkiyə, həm də regionun iqtisadi vəziyyətinə mənfi təsir göstərəcəyi fikrini qəbul etmirik. Əksinə, son günlərdə xarici yatırımlarda ciddi artım müşahidə olunur ki, bu da gələcəyə nikbin baxmağımızı təmin edir".

Levent Gömrükçü bu məsələdə həm Gürcüstanı, həm də digər tərəfdaş ölkələri narahat olmamağa çağırıb.

Hazırda ölkəsində həyatın normal axara düşdüyünü deyən səfir istər Gürcüstan, istərsə də digər ölkələrdən olan turistlərin Türkiyəyə rahat şəkildə səfər edə biləcəklərini söyləyib: "Türkiyə prezidenti, baş nazir və turizm nazirinin də öz çıxışlarında vurğuladıqları kimi, hazırda ölkənin nə böyük şəhərlərində, nə də turizm bölgələrində yerli və xarici vətəndaşlar üçün heç bir təhlükə mövcud deyil".

Bununla yanaşı, diplomat Türkiyəyə turist axınının müəyyən qədər azaldığını da əlavə edib.

Tarix
2016.07.27 / 17:51
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla