Yuxarı

Bu sözümdən sonra Petrosyan imza atmadı, Şuşa alındı...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu sözümdən sonra Petrosyan imza atmadı, Şuşa alındı...

1992-ci ildə Tehranda Yaqub Məmmədov və (Ermənistanın birinci prezidenti) Levon Ter-Petrosyanın iştirakı və (İranın sabiq prezidenti) Rəfsəncaninin vasitəçiliyi ilə atəşkəs haqqında müqavilə imzalanmalı idi. Bir də Qarabağla Ermənistan arasında dəhlizin açılması ilə bağlı müqavilə imzalanacaqdı. Mənim bir təklifim onların xoşuna gəlmədi və müqavilə imzalanmadı.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə Azərbaycanın müstəqillik dövrünün ilk xarici işlər naziri Hüseynağa Sadıqov İTV-nin “Təmas xətti” sənədli filmində müsahibəsində danışıb.

O qeyd edib ki, “Laçın koridoru”nun Azərbaycanın nəzarətində olması ermənilər tərəfindən qəbul edilməyib.

“Müqavilə hazırlandı, atəşkəs barədə və keçmiş Dağlıq Qarabağla Ermənistan arasında gediş-gəliş üçün yol açılması qərarlaşdırıldı. “Laçın koridoru” dedilər ona. Mən orada təklif etdim ki, amma Laçın koridorunda Azərbaycanın yoxlama məntəqəsi, daha sonra gömrük məntəqəsi yaradılsın. Ter Petrosyan dedi: “Nəyə lazımdır axı bunlar?” Dedim: “Lazımdır. Həm də müqavilədə də yazılsın ki, göndərilən yüklər yalnız mülki olsun”. Ona görə də qol çəkmədilər o sazişə. Nəticədə sənəd imzalanmadı”, - sabiq nazir qeyd edib.

Xatırladaq ki, həmin vaxt Tehranda görüş keçirilərkən ermənilər Şuşanı işğal etdilər.

Tarix
2025.11.04 / 09:06
Müəllif
Axar.az
Digər xəbərlər

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla