Yuxarı

Bakıda hərbi paradda yeni Rusiya silahı?.. - İddia yayıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda hərbi paradda yeni Rusiya silahı?.. - İddia yayıldı

Azərbaycanda 8 noyabr - Zəfər günü münasibətilə keçiriləcək hərbi parada Rusiya mətbuatı da diqqət ayırır.

Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, qonşu ölkənin www1.ru saytı () Bakıda keçiriləcək hərbi paradın məşqləri zamanı yeni nəsil rus silahının – “Tor-M2E” zenit-raket sistemlərinin nümayiş olunduğunu yazıb.

“Tor-M2E” istənilən hava şəraitində çalışan, qısa mənzilli taktiki zenit-raket kompleksidir. Kompleksin hədəfi məhvetmə məsafəsi quruda 15 km-ə, havada isə 10 km-ə qədərdir.

Rusiya saytı yazır ki, Bakı küçələrində həmçinin Çin istehsalı olan “HQ-9B” zenit-raket sistemləri də nümayiş etdirilib:

"Bu komplekslər 250-300 km-ə qədər məsafədə 14 Max sürətlə eyni anda 8–10 hədəfi vura bilir. Bundan başqa, Bakıda Belarus istehsalı olan “Şilka” zenit qurğusunun modernləşdirilmiş variantı və “TATRA” bazasında hazırlanmış döyüş modullu zirehli yük maşını da görüntülənib".

Qeyd edək ki, Azərbaycanın bir neçə "Tor-M2E" batareyası mövcuddur. Rusiya internet resursunda xəbər "Rusiya Azərbaycana yeni Tor-M2E zenit-raket sistemləri satdı" kimi təqdim olunsa da, əslində bu silahlar çoxdan alınıb.

Tarix
2025.11.04 / 12:20
Müəllif
Axar.az
Digər xəbərlər

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla