Yuxarı

Kəmaləddin Heydərov türkiyəli nazirə başsağlığı verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kəmaləddin Heydərov türkiyəli nazirə başsağlığı verdi

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Azərbaycandan Türkiyəyə yola düşən Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C130 hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində hərbçilərin həlak olması ilə əlaqədar qardaş ölkənin daxili işlər naziri Əli Yerliqayaya zəng edib.

Axar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazir hərbi qulluqçuların həlak olması ilə əlaqədar başsağlığını çatdırıb, yaxınlarına Allahdan səbr dilədiyini bildirib.

Dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələrinin Gürcüstanla sərhəddə tam hazır vəziyyətdə gözlədiyini diqqətə çatdıran nazir K.Heydərov faciə ilə əlaqədar Gürcüstanın daxili işlər naziri Gela Geladze ilə telefonla danışaraq vəziyyəti müzakirə etdiklərini bildirib. Qeyd edib ki, gürcü nazir hər hansı ehtiyac yaranacağı halda axtarış-xilasetmə əməliyyatlarına Azərbaycan FHN-in qüvvələrinin dərhal qoşulması üçün müraciət ediləcəyini bildirib.

Türkiyəli nazir Ə.Yerliqaya göstərilən dəstəyə görə Azərbaycan dövlətinə təşəkkür edib.

Qeyd edək ki, müvafiq qurumlar arasında təmaslar davam etdirilir.

Tarix
2025.11.11 / 19:13
Müəllif
Axar.az
Digər xəbərlər

Təyyarənin quyruğu niyə qopub? - Video

Azərbaycan Pakistana başsağlığı verdi

Fidan qəzadan danışdı: Yaxından izləyirik!

Şahbaz Şərif də Ərdoğana başsağlığı verdi

RTÜK-dən Türkiyə təyyarəsinin qəzası ilə bağlı xəbərdarlıq

Azərbaycandan daşınan taxıla erməni radikalların “etirazı”

Türkiyə hərbi təyyarəsinin qəzaya uğradığı yerdən - Foto

FHN-çilər Gürcüstan sərhədində hazır vəziyyətdədir!

Fulya qəza ilə bağlı mühüm detalları açıqladı - Video

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla