Yuxarı

Hacıbəyli Mehdiyevə sevgisini bu sözlərlə etiraf etmişdi - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hacıbəyli Mehdiyevə sevgisini bu sözlərlə etiraf etmişdi - Video

Sosial şəbəkələrdə sabiq millət vəkili, hazırda radikal müxalifət olan Milli Şuranın aparıcı simalarından sayılan Gültəkin Hacıbəyli barədə diqqətçəkən video yayılıb.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, paylaşılan görüntülərdə Gültəkin Hacıbəyli deputat olduğu dövrdə Ramiz Mehdiyev haqqında ürəkdən gələn səmimi və tərif dolu fikirlər səsləndirir.

Videoda o, bütün varlığı ilə Ramiz Mehdiyevi yüksək dəyərləndirdiyini bildirir, onu “sərraf adam”, “dövlətə bağlı şəxs” kimi təqdim edir. Deyir ki, Ramiz Mehdiyevin içində bir həssas ürək var. Hətta o qədər irəli gedir ki, “Kim Ramiz Mehdiyevi tənqid edirsə, ya vətən xainidir, ya da xaini olacaq”, - deyə vurğulayır.

Gültəkin Hacıbəyli çıxışında deyir ki, Ramiz Mehdiyevin nüfuzu və qorxusu olmasaydı, çoxları daha pis və xain addımlar atardı.

Maraqlıdır ki, hazırda ölkədən kənarda olduğu, qaçdığı bildirilən Gültəkin Hacıbəyli son günlər tam əks mövqe sərgiləyir. O, Ramiz Mehdiyevlə heç bir bağlılığının olmadığını, əksinə, onun özünə qarşı daim düşmənçilik etdiyini iddia edir və bu şəxslə “mübarizə apardığını” bəyan edir. Ancaq yayılan kadrlarda tam fərqli mənzərə görünür: Gültəkin Hacıbəylinin danışıq tonu, mimikaları və hissləri onun Ramiz Mehdiyevə qarşı o zamanlar hansı səviyyədə sevgi və heyranlıq bəslədiyini açıq şəkildə göstərir.

Sosial şəbəkədə gündəm yaradan həmin video-görüntüləri təqdim edirik:

Tarix
2025.11.20 / 17:14
Müəllif
Axar.az
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla