Yuxarı

"Söyüş blogerləri"nin sponsoru Adnan imiş - Sensasion iddia

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Söyüş blogerləri"nin sponsoru Adnan imiş -

Son günlər xaricdə məskunlaşmış və “söyüş blogerləri” kimi tanınan Tural Sadıqlının, Məhəmməd Mirzəlinin paylaşımları müzakirə olunur. Hər iki şəxs ötən həftəsonu videomüraciət yayaraq bildiriblər ki, indən sonra rəhbəri olduqları “Azad Söz” və “Made in Azerbaijan” səhifələri fəaliyyətlərini dayandırır. Səbəb kimi maddi imkanlarının tükəndiyini deyiblər.

T.Sadıqlı bildirib ki, işi davam etdirmək üçün ayda ən az 3 min avro vəsait lazımdır. M.Mirzəli də eyni arqumentləri söyləyib. Hər iki blogerin fikri budur ki, əgər dəstək alarlarsa, səhifələri dayanmayacaq, əks halda, bu işi aparmaq mümkün olmayacaq.

Sözügedən açıqlamalardan sonra bəzi rəylərdə deyildi ki, bu, oyundur, əlavə pul yığmaq üçün belə davranılır. Başqa rəylər isə belədir ki, onlara sponsorluq edənlər vəsaiti dayandırdıqları üçün çətinliklə üzləşiblər.

Amma əsas versiyaya görə, xaricdəki söyüş blogerlərini Ramiz Mehdiyev və ona bağlı çevrələr maliyyələşdirirdi. Mehdiyevlə bağlı həbs qərarı verildikdən, araşdırma, istintaq başladıqdan sonra vəziyyət dəyişib, xaricdəkilərə ötürülən pullar kəsilib.

Məsələyə dərindən baxdıqda, proseslərə məntiqlə yanaşdıqda bu rəy çox da inandırıcı görünmür. R.Mehdiyevin gizli siyasi müttəfiqlərinin olduğu barədə indiyə kimi çox deyilir, yazılır. Onun radikal müxalifətlə – xüsusilə də AXCP sədri Əli Kərimli, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli ilə əlaqələri barədə mediada, sosial şəbəkələrdə məlumatlar yayılıb. Yəqin ki, bütün bunlar istintaq tərəfindən araşdırılıb, müəyyənləşdiriləcək və hüquqi qiymət veriləcək.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, xaricdəki blogerlərin əsas sponsoru SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini, hazırda həbsdə olan Adnan Əhmədzadədir. Onun əsas məqsədi biznes rəqiblərini xaricdəki bu şəbəkə vasitəsilə hədəfə çıxarmaq, onlar haqda yalan-doğru məlumatları ictimai rəyə bu şəkildə ötürmək və həmin şəxsləri nüfuzdan salmaq olub. A.Əhmədzadənin özünə siyasi rəqib gördüyü şəxslərə qarşı da bu şəkildə qara PR təşkil etdirdiyi iddia olunur. Mənbənin məlumatında vurğulanır ki, əsas maliyyə mənbəyi İstanbuldakı mərkəz (“İstanbul ocağı”) olub və pullar ordan paylanıb. Bəzi hallarda nağd, bəzi hallarda isə kartlara, hesablara köçürülmə yolu ilə bu işlər idarə və koordinasiya olunub.

Deyilənə görə, Adnan Əhmədzadənin izi itirmək üçün bəzən özü haqda xaricdəki blogerlərə “ifşaedici” məlumatlar ötürürmüş. Bununla da elə rəy yaradıb ki, guya bu şəbəkənin hədəfindədir.

Tarix
2025.11.24 / 16:54
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov İtaliyaya səfər etdi

Şəhid ailələri üçün olan binadan Əli Həsənova ev verilib

Trampın 28 bəndlik planında yeganə qalib: Qazanan kimdir?

Şuşada mühüm tədbir keçirildi

Bakıda bununla bağlı forum keçirildi – İlk dəfə

Ceyhun Bayramov İran rəsmisini qəbul etdi

Azərbaycan Ukraynaya hansı “Su-22-ləri” verir? – Absurd iddia

Hacıyev bu sözləri ermənilərə çatdırmağımı istədi

Vardanyanla həbsdən əvvəl danışdım, dedi ki… - Qlumov

Bu ölkə Azərbaycanda səfirlik açır

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla