Yuxarı

YAP-çı deputatdan korrupsiya və məmur özbaşınalığı etirafı...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
YAP-çı deputatdan korrupsiya və məmur özbaşınalığı etirafı...

"Azərbaycanın inkişafını görmək istəməyən müəyyən qüvvələr var. Hansısa ölkədə demokratik dəyərlərin formalaşmasında müəyyən problemlər yarana bilər. Azərbaycan 70 il totalitar bir rejimin tərkibində olub. Əhalinin yarısı hələ o dövrdə təhsil alıb, formalaşıb, həmin dövrün düşüncəsi ilə yaşayırlar. 22 ildir müstəqil dövlətik. Bu müddətdə Azərbaycanın hansısa Avropa ölkəsi kimi demokratik olması mümkün deyil".

Bunu modern.az-a Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı deyib. O bildirib ki, ölkədə demokratik insititutların formalaşmasında müəyyən problemlər ola bilər: "Bu, bütün ölkələrdə olur. Özlərini "demokratiyanın beşiyi" adlandıranlar əvvəlcə zalımı durdurmalıdırlar. Bir ölkə üçün demokratiyanın zəifliyi eyib deyil, amma bir ölkənin işğalçı kimi tanınması biabırçılıqdır. "Təcavüzkar", "işğalçı" adlanan ölkələrlə mübarizə aparılmalıdır. Kim güclüdürsə, zəifi zəbt etməməlidir. Bu gün Suriyada Bəşər Əsədin xalqına tutduğu divanın qarşısı alınmalıdır. Amma bunu etmirlər. Bəzən bu məsələlər maraqlara xidmət edir. Həmin dövlətlər Ermənistanın Azərbaycan torpaqlarının işğal etməsinə də laqeyd yanaşırlar.

Ölkəmizi sevməyən qüvvələr belə məlumatlar yayırlar. Azərbaycanı Ukrayna ilə eyniləşdirmək olmaz. Ölkədə irəliyə doğru addımlar atılır. Təbii ki, ölkəmiz ideal deyil, müəyyən problemlər var. Azərbaycanda korrupsiya da, məmur özbaşınalığı da var. Bu, Avropa ölkələrində də mövcuddur. Dəfələrlə prezident İlham Əliyev də bunu qeyd edib. Hazırda korrupsiyaya qarşı mübarizə aparılır. Demokratik insititutların fəaliyyətinin gücləndirilməsi ilə bağlı işlər görülür. Yəni, ölkədə siyasi iradə mövcuddur, əminəm ki, bütün problemlər həll ediləcək".

Tarix
2014.03.01 / 12:52
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Mixael Harmsla görüşdü

İlham Əliyev Almaniyaya səfər etdi - Foto

Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edildi

Almaniya Azərbaycana yeni səfir təyin etdi

Prezidentdən İspaniyanın qələbəsi haqda: Yüksək ustalıq...

DÇ-2026-nın finalı: Hikmət Hacıyevin şifrəli mesajı? - Video

Tramp və Sançez DÇ-nin finalında barışdı? - Foto

Hörmüz tam olaraq “məhv edilir” – Mühüm plan

Rusiya elitası Moskvanı təcili tərk edir - Video

Ermənistanda etiraf: Bakı yeni mərhələyə keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla