Yuxarı

Bakı Moskvadan AZAL təyyarəsi ilə bağlı suallarına cavab alıb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı Moskvadan AZAL təyyarəsi ilə bağlı suallarına cavab alıb

Azərbaycan Düşənbədə Rusiyadan 2024-cü ilin dekabrında AZAL aviaşirkətinin Qroznı üzərində vurulan təyyarəsi ilə bağlı suallarına cavab alıb.

Axar.az Report-a istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə "EU Today" və bir qrup jurnalistə müsahibəsində bildirib.

H.Hacıyev qeyd edib ki, hadisədən dərhal sonra "müəyyən anlaşılmazlıq" və "emosiyalar" yaranıb, lakin Bakının narahatlıqları Duşənbədə növbəti görüşdə (Azərbaycan və Rusiya liderləri - red.) müzakirə edilib.

"Azərbaycan Rusiyadan AZAL aviaşirkətinin vurulan təyyarəsinə görə rəsmi olaraq üzr istənilməsini, hərtərəfli araşdırmanın aparılmasını, günahkarların məsuliyyətə cəlb edilməsini və kompensasiya ödənilməsini gözləyirdi. Hazırda biz anlaşılmazlıqlar səhifəsini çevirmişik və iki ölkə arasında normal qonşuluq münasibətlərini davam etdirəcəyik", - o əlavə edib.

Tarix
2025.12.01 / 13:16
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Gürcüstan daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

Peskov: Avropalılar israr edir ki...

Prezident Maka Boçorişvilini qəbul etdi - Foto

Rusiyanın Ukrayna dronlarını vurduğu raketlərin qiyməti...

Azərbaycan və Monteneqro baş nazirləri görüşdü

Maka Boçorişvili Azərbaycanda səfərdədir

ABŞ-da Azərbaycan bayraqları endirilib? – Rəsmi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla