Yuxarı

Əli Kərimlini hamıdan qabaq, görün, kim müdafiə etdi...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əli Kərimlini hamıdan qabaq, görün, kim müdafiə etdi...

Tarixçi professor, Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli son statuslarında and-aman edir ki, Milli Şura Rusiyanın layihəsi olmayıb, buna baxmayaraq, “iqtidara bağlı qüvvələr Ziyalılar Forumu, Milli Şura və xüsusilə yaradılmayan Rusiya Azərbaycanlıları Təşkilatları Birliyinin (Milyarderlər İttifaqı) Rusiyanın projesi olması barədə əfsanələr uydurur”. 2013-cü ildən indiyə qədər dəfələrlə demişəm və deyəcəm də, Milli Şura Milyarderlər İttifaqının üzərindən Vladimir Putinin sifarişi ilə yaradılıb.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, bu sözləri Avropada yaşayan jurnalist Elbəyi Həsənli qeyd edib.

O bildirib ki, nə Qərb, nə də Rusiya mətbuatı Milli Şuraya o dövrdə elə bir diqqət ayrmamışdı:

“Heç bir tərəfdə Milli Şuraya dəstəklə bağlı demək olar ki, heç bir şey yoxdur. Niyə yoxdur? Çünki Qərb İlham Əliyevə stavka etmişdi. Rusiya necə? Əslində Rusiya da İlham Əliyevdən yana idi. Sadəcə, Rusiya Milli Şura üzərindən İlham Əliyevə təzyiq edərək Azərbaycandan müəyyən güzəştlər əldə etmək istəyirdi. Və Milli Şura faktoruna söykənən Rusiya istədiklərini Azərbaycandan qopardı da...

Bu işdə pis olan nədir? Odur ki, özünü qərbyönümlü adlandıran Azərbaycanın əsas müxalifət partiyaları, xüsusi ilə AXCP və Müsavat utanıb-qızarmadan gedib Rusiyanın oyununda yer aldılar. Və Rusiyanın əlində Azərbaycana qarşı təzyiq vasitəsinə çevrildilər. Bu, Azərbaycana xəyanət idimi?

Birmənalı olaraq “hə” deyirəm”.

Jurnalist bildirib ki, Azərbaycan müxalifəti iqtidara gəlmək üçün yabançı qüvvələrə ona görə sığınır ki, Azərbaycanda real seçki keçirilmir, siyasi partiyalar başa düşürlər ki, seçki yolu ilə iqtidara gəlmək mümkün deyil:

“Elə bu səbəbdən də müxalifət düşünür ki, bəlkə Qərb, Rusiya və ya İran faktoru üzərindən nəsə etmək olar. Milli Şura-Rusiya əlaqəsi məhz bu düşüncənin məhsulu olaraq ortaya çıxıb. Ancaq bu həqiqəti etiraf etmək Cəmil Həsənli üçün intihar olardı. Çünki sayın professor bu məsələ qrup maraqlarından yanaşır. Mən isə məsələyə milli və dövlətçilik mövqeyindən baxıram”.

E.Həsənli AXCP-nin İran rejiminə münasibətini də tənqid edib:

“Daha betəri odur ki, AXCP İranın molla rejimi ilə xoş münasibətdə olub. Sirr deyil ki, Müsəlman Birliyi Hərəkatının həbsdə olan sədri Tale Bağırzadə ilə AXCP sədri Əli Kərimlinin son dərəcə isti münasibətləri var. Heç o da təsadüfi deyil ki, məhz Müsəlman Birliyi Hərəkatı hamını qabaqlayaraq Əli Kərimlinin həbsinə etiraz etdi.

Hamı bilir ki, Müsəlman Birliyi Hərəkatı İran İslam İnqilabını Azərbaycana ixrac etmək uğrunda mübarizə aparır. Bəxtimiz onda gətirib ki, İslam İnqilabı modeli artıq İranın özündə iflasa uğramaqdadır. Buna baxmayaraq, AXCP Müsəlman Birliyi Hərəkatından dördəlli yapışıb.

Bu yaxınlarda sayın Cəmil Həsənli mənim haqqımda yekə bir status paylaşmışdı. Və iddia etmişdi ki, mən iqtidarın qulluğunda olduğuma görə onu tənqid etmişəm.

Söhbət ondan gedirdi ki, İsrail-İran müharibəsi zamanı Cəmil Həsənli iki ayağını bir başmağa dirəyib İranın müdafiəsinə qalxmışdı. Azərbaycanın, xüsusi ilə Qərbin yaxın müttəfiqi olan İsraili lənətləmişdi. Mən də buna etiraz etmişdim. Təbii ki, hər hansı bir azərbaycanlı İranı müdafiə edə bilər. Ancaq sayın professor xüsusi siyasi statusu olan adamdır. Belə bir statusda olan adam belə məsuliyyətsiz çıxışlar edə bilməz. Ən azı mən belə fikirləşirəm”.

Tarix
2025.12.05 / 21:41
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-ın planında Ukrayna üçün böyük təhlükə

AXCP-nin daha bir üzvü DTX-yə aparıldı

Britaniya Azərbaycana dəstək üçün yeni layihəyə başlayır

Gürcüstanda azərbaycanlı məktəb direktoru saxlanıldı

Koşta yeni razılaşmadan danışdı: Bakı-İrəvan sülhü...

Adnan Əhmədzadənin supermarketi bağlandı - Foto

AİB-in dəstəyi ilə layihəyə start verildi

Əli Əsədov Mişustinlə danışdı

Bu nazir Bakıdan İrəvana getdi

Hikmət Hacıyev NATO rəsmiləri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla