Yuxarı

ABŞ-ın sülh planı: Zelenski istəyinə nail oldu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-ın sülh planı: Zelenski istəyinə nail oldu

Ukrayna ətrafında Vaşinqton-Moskva və Kiyev-Brüssel cəbhəsinin diplomatik mübarizəsi yeni mərhələdə davam edir.

ABŞ 28 bəndlik sülh planını 20 bəndə qədər endirdi. Bu, Vaşinqtonun Kiyevin müqaviməti qarşısında geri çəkilməsindən daha çox, diplomatik taktikası kimi görünür: planın ilkin variantına daxil edilən bir sıra bəndlər, misal üçün, rus dili və pravoslav kilsəsinə rəsmi statusun verilməsi və s. Ukraynanın razı salınması üçün “güzəşt” kimi nəzərdə tutulurdu; Vaşinqton bununla Kiyevə “istəyinizə uyğun olaraq, plana korrektlər etdik, son variantı imzalayın” deyir;

Prinsipial məsələlər, xüsusilə Ukraynadan ərazilərlə bağlı güzəşt tələbi və qeyri-müəyyən təhlükəsizlik zəmanəti dəyişməz olaraq qalır. Kiyev bunu qəbul etmir, Trampın “Zelenski sülh planını oxumayıb” tənqidi əslində Ukrayna prezidentinin Avropa ölkələri ilə konsultasiya apara bilmək üçün “zaman qazanmaq” gedişi idi, buna nail oldu da. Zelenski bildirib ki, “avropalı tərəfdaşları ilə sülh sazişinin komponentləri üzrə irəliləyiş əldə ediblər və Amerika tərəfinə təqdim etməyə hazırdırlar”.

Kiyev-Brüssel cəbhəsinin prinsipial məsələlərdə düzəlişlərini təxmin etmək mümkündür:

- Ukraynaya ABŞ-ın da iştirak etdiyi güclü təhlükəsizlik zəmanətinin verilməsi;

- NATO-ya üzvlüklə bağlı suveren hüquqlarının saxlanılması;

- Ukrayna ordusunun Donbasda nəzarət etdiyi ərazilərdən çıxmaması və s.

Trampın “Ukraynada seçkilər keçirilməlidir”, “Zelenskinin reytinqi 4 faizdir” iddialarını yenidən gündəmə gətirməsi, “Rusiyanın danışıqlarda mövqeyinin güclü olması” haqda dedikləri Vaşinqtonun Kiyev-Brüssel cəbhəsinin düzəlişlərini qəbul edəcəyi ehtimalını zəiflədir. Hərçənd, Tramp daha öncə “sülh planı” ilə razılaşmayan Zelenskini “qeyri-legitimlikdə” ittiham etsə də, sonradan mövqeyini yumşaltmış və Putini hədəfə çıxarmışdı. Hadisələrin inkişafı ABŞ prezidentinin mövqe dəyişikliyinin məqsədyönlü olduğunu göstərdi:

- Avropa ölkələrinin ABŞ-dan silah alaraq, Ukraynaya yardım etməsini təmin etməklə müdafiə sənayesinin gəlirlərini artırdı;

- Rusiyaya qarşı enerji sanksiyaları ilə neft bazarında ABŞ-ın mövqelərini yaxşılaşdırdı və Mərkəzi Asiyada Çinə qarşı güclənmək imkanı əldə etdi;

Trampın bu dəfə mövqeyini dəyişəcəyi çətin görünür:

a) Rusiya ərazi məsələsində israrlıdır, Putin də son açıqlamasında iddia edib ki, “Donbas Rusiya ərazisidir”, bunun fonunda Vaşinqtonla Moskvanın arxa planda razılaşdığı məlumdur;

b) ABŞ-ın Ukrayna da daxil olmaqla geosiyasi planlarında Avropanın mövqeyi nəzərə alınmır;

c) ABŞ-ın yeni qəbul edilən Milli Təhlükəsizlik Strategiyasında Ukrayna müharibəsinin qısa müddətdə həll edilməsi və Rusiya ilə əməkdaşlıq yer alır;

Bu kontekstdə hadisələrin inkişaf ssenarisi maraqlıdır.

Birinci ssenari: ABŞ Ukraynanı dəstəkləyən Avropaya geri çəkilməsi üçün təzyiqi artıra bilər: istisna deyil ki, Rusiyanın da təzyiq planının tərkib hissəsi kimi, Avropaya qarşı “dron hücumları” taktikası daha genişmiqyaslı olacaq;

İkincisi, Ukraynada son korrupsiya faktı kimi Zelenskinin mövqelərini zədələyəcək əməliyyatlar həyata keçirilə, paralel olaraq, yeni seçkilərin keçirilməsi zəruriliyi fikri inkişaf etdirilə bilər;

Tarix
2025.12.10 / 07:00
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Əliyevin bu qərarını yüksək qiymətləndirirəm - Paşinyan

Onları Azərbaycan ordusu öldürməyib - Mxitaryan

İrəvan Bakıdan bunu almaq istəyir - Rusiya təşvişə düşdü

Bakı ilə ən uğurlu razılaşma... - Paşinyan

Şura Bakıda keçiriləcək iclasın iş planını təsdiqlədi

Bakı və İrəvan arasında sülh nümunəsi göstərir ki... - Kansler

İlham Əliyev Slovakiya səfərindən paylaşım etdi - Video

Bu, Avrasiyanın xəritəsini tamamilə dəyişəcək - Hacıyev

Prezident Robert Fitso ilə təkbətək görüşdü - Foto

Əliyevlə Fitsonun görüşündə bu mahnımız ifa edildi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla