Yuxarı

İki gömrük işçisi ölkədən qaçdı - Şok

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İki gömrük işçisi ölkədən qaçdı - Şok

Xəbər verdiyimiz kimi, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsinin bir qrup yüksək vəzifəli əməkdaşlarını həbs edib.

Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, Hövsan Dəniz Gömrük Postunda külli miqdarda qanunsuz siqaret yüklərinin aşkarlanması ilə əlaqədar həbslər başladıqdan sonra DGK-nın iki əməkdaşı ölkəni tərk edib.

Onların Tahir Tahirli və Ənvər (soyadı dəqiqləşdirilir - red.) adlı gömrük işçiləri olduqları bildirilir. Həmin şəxslərin məsuliyyətdən yayınmaq üçün İrana qaçdıqları qeyd edilir.

Xatırladaq ki, Hövsan Dəniz Gömrük Postunda külli miqdarda qanunsuz siqaret yüklərinin aşkarlanması ilə əlaqədar Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Hövsan Məntəqəsinin rəisi Fərid Usubov, Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov, idarənin əməkdaşları Heydər Eyvazov və Tamerlan Axundzadə həbs ediliblər.

Fərid Usubov uzun illər Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini işləmiş general-leytenant Cəbrayıl Usubovun oğludur.

Ona qarşı 206.4. (Qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213-1.2.2, 213-1.2.3-ci (Aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, habelə belə malların nağd qaydada alqı-satqısı təkrar törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) ittiham elan olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, istintaq tədbirləri davam edir və əlavə məlumat veriləcək.

Tarix
2025.12.11 / 15:51
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Səudiyyə Ərəbistanına başsağlığı verdi

Türkiyə və Azərbaycan paxlava ilə bağlı hərəkətə keçdilər

Ermənistana buğda göndərildi

Putindən sonra kim gələcək? – Real şans...

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla