Yuxarı

Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət etdi

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 22 il ötür.

Axar.az xəbər verir ki, dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoydu.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Dövlətimizin başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevə Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla andılar, məzarı üzərinə gül dəstələri qoydular.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi, məzarları üstünə gül dəstələri düzüldü.

Azərbaycanın dövlətçilik tarixində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xidmətləri bütöv bir epoxanı özündə ehtiva edir. Onun dahiyanə siyasi uzaqgörənliyi, dövlət quruculuğu sahəsində atdığı addımlar, müstəqil Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edən qərarları xalqımızın yaddaşında silinməz iz buraxıb. Ulu Öndərin hakimiyyəti illərində ölkəmizin sabitliyə qovuşması, iqtisadiyyatın dirçəldilməsi, ordu quruculuğunun möhkəmləndirilməsi Azərbaycanın gələcək yüksəlişini təmin edən əsas dayaqlara çevrildi.

Xalqımız ağır və taleyüklü dönəmlərdə Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasını dərin minnətdarlıqla xatırlayır. Məhz onun rəhbərliyi illərində Azərbaycan qarşılaşdığı təhlükələrdən xilas oldu, milli özünüdərk gücləndi, müstəqilliyimizin əbədiliyi üçün möhkəm təməllər qoyuldu. Hər il dekabrın 12-də və mayın 10-da minlərlə insanın Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət etməsi xalqın dahi övladının xatirəsinə əbədi ehtiramının və sədaqətinin bariz ifadəsidir.

Ulu Öndər Heydər Əliyevin ən böyük arzularından biri Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, Qarabağın azad edilməsi idi. Onun bu arzusu illər sonra öz layiqli davamçısı tərəfindən həyata keçirildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi və əzmkarlığı nəticəsində Ordumuz tarixi Zəfər qazandı, ölkəmizin ərazi bütövlüyü, suverenliyi bərpa olundu, üçrəngli bayrağımız işğaldan azad edilmiş şəhər və kəndlərimizdə ucaldıldı.

Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın gücünü, həmçinin gələcəyə olan inamını əks etdirir. Azad olunan torpaqlarda yeni həyatın başlanması Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyalarının davamlılığının və uğurla həyata keçirilməsinin göstəricisidir.

Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf yolu bu gün də ölkəmizin siyasi və iqtisadi tərəqqisinin əsasını təşkil edir. Prezident İlham Əliyevin apardığı siyasət Azərbaycanın beynəlxalq arenada nüfuzunu artırıb, ölkəmizi bölgədə mühüm tərəfdaş və güclü dövlətə çevirib. Dövlətimizin milli maraqlarının qətiyyətlə müdafiə olunması, təhlükəsizlik və inkişaf strategiyasının ardıcıl şəkildə davam etdirilməsi dahi Heydər Əliyev idealarının yaşayaraq inkişaf etdiyini göstərir.

Qəti şəkildə demək olar ki, Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin ideyalarına daim sadiq olacaq, onun müəyyənləşdirdiyi inkişaf yolu ölkəmizi daha böyük uğurlara doğru aparmaqda davam edəcək.

Tarix
2025.12.12 / 10:41
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayev Xəzərə görə dünyaya çağırış etdi

Tokayev: Bakı və İrəvan arasında sülh...

Azərbaycan və Ermənistan nümayəndələri "Zod" mədənində...

Baş nazir Aşqabadda mühüm forumda iştirak edir

İrəvanın AB ilə sazişi - Yenə Bakıya qarşı oyun qurulur

Mehriban Əliyeva: Xatirimizdədir, sevgi ilə anırıq!

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - Foto

Heydər Əliyevin vəfatından 22 il ötür

İlham Əliyevin bu qərarını alqışlayıram - Paşinyan

Meksika Azərbaycana hərbi attaşe təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla