Putin-Sərkisyan görüşündə
əsas müzakirə predmeti Qarabağ münaqişəsinin həlli
olacaq.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə
deyib. Ekspert Putinin Sərkisyanı Moskvaya dəvət etməsinin
səbəblərini açıqlayıb:
"Ermənistanda baş verənlər ermənilərin son məğlubiyyəti və
Qarabağ münaqişəsi üzrə vəziyyətin gərgin olaraq qalmasından irəli
gəlir. Regionda vəziyyət dəyişilir. Azərbaycan, Rusiya və İran
prezidentlərinin görüşü ilə yeni formatın təşkil olunması, eyni
zamanda, bu ərəfədə Rusiya-Türkiyə yaxınlaşması mühüm hadisələrdir.
Belə bir şəraitdə isə Dağlıq Qarabağ münaqişəsinin bu vəziyyətdə
qalması Rusiyanın maraqlarına uyğun deyil. Moskva bu məsələdə
müəyyən tərəqqiyə nail olmaq istəyir. Ancaq Ermənistan
hakimiyyətinin mövqeyi buna imkan vermir. Görünür, Putin də məhz bu
vəziyyəti aradan qaldırmaq üçün Sərkisyanı Moskvaya dəvət
edib".
İ.Vəlizadənin sözlərinə görə, Putin Moskvada Dağlıq Qarabağla
bağlı Sərkisyanın qarşısına bir neçə konkret şərt qoyacaq:
"Belə ki, tezliklə danışıqlar prosesinin yeni formasını
müəyyənləşdirmək üçün Ermənistandan öz mövqeyində dəyişiklik etməsi
tələb olunacaq. Sərksiyanın buna nə dərəcədə hazır olub-olmadığını
deyə bilmərik. Ancaq bu dəfə yumşaq formada olsa da, Moskvadan
İrəvana təzyiq gözləmək olar".
Qeyd edək ki, Serj Sərkisyan Vladimir Putinin dəvəti ilə
avqustun 10-da Moskvaya səfər edəcək.