Yuxarı

Azərbaycanlı trollar Ərdoğanı, görün, necə şantaj edir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı trollar Ərdoğanı, görün, necə şantaj edir

Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin 29 noyabrdan 30 noyabra keçən gecə İstanbulda saxlanılaraq, polis idarəsinə aparılması və deportu üçün gerigöndərmə məntəqəsinə yerləşdirilməsinin ardınca sosial şəbəkələrdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və onun komandasına qarşı müxtəlif üsullarla təsiretmə kampaniyasına start verilib.

Bu prosesə Gültəkin Hacıbəyli özü başladı, bildirdi ki, o, 25 sentyabrda Türkiyəyə gəlib, hələ 3 aylıq oturum müddəti bitməyib, üstəlik, 2 illik oturum izni də var. Bütün bunları əsas götürən G.Hacıbəyli Türkiyədən deportunun qanunsuz olması ilə bağlı iddia irəli sürdü.

Onun bu iddiasına hətta xaricdə olan hüquq müdafiəçiləri də cavab verdi: əgər G.Hacıbəyli siyasi sığınacaq üçün müraciət etməyibsə, onun aparılan istintaq çərçivəsində Bakının tələbi ilə deport edilməsi qanunauyğundur. Üstəlik, burada hər hansı “xırda xuliqanlıq” deyil, sərvəti milyardlarla ölçülən, Rusiya kimi himayədarından siyasi dəstək istəyən bir şəxsə qarşı dövlət çevrilişi cəhdi və vətənə xəyanət kimi ağır ittihamlarla davam edən istintaq araşdırmasından gedir. Bu, milli təhlükəsizlik məsələsidir və burada G.Hacıbəylinin arqumentləri keçərli deyil.

Buna baxmayaraq, G.Hacıbəyli ehtiyatla, Ərdoğan komandasının üzvlərini qıcıqlandırmayacaq tərzdə bir “ah-nalə” elementləri ilə etirazını bildirir. Bu “ehtiyatlı və qorxaq” etirazları isə uzun illərin təcrübəsinə dayanan və trolluqda peşəkarlaşan məlum qrup Türkiyə seqmentində şantajla davam etdirir.

Gültəkin Hacıbəylinin deport üçün gerigöndərmə məntəqəsinə yerləşdirilməsinin tarixə “Boraltan faciəsi” kimi düşən olayla müqayisə edilməsinə təşəbbüs göstərilir. Söhbət 1945-ci ildə Türkiyəyə sığınan 146 azərbaycanlının SSRİ-yə təhvil verilməsi və təhvil verilənlərin sərhəddəcə güllələnməsindən gedir.

Troll şəbəkəsi konkret olaraq Ərdoğanı “Boraltan faciəsi” ilə şantaj edir. Ərdoğan dəfələrlə bu hadisəni xatırladaraq, bunun Türkiyə üçün üzqarası olduğunu bildirmiş, 2020-ci ildə Qarabağın işğaldan azad olunması üçün aparılan hərbi əməliyyatda ölkəsinin verdiyi cəsarətli mənəvi-siyasi dəstəklə bu üzqarasından xilas olduqlarını vurğulamışdı.

Ərdoğanın dəfələrlə “üzqarası” olaraq xatırlatdığı bu hadisəni indi məlum troll şəbəkəsi Türkiyə liderinə qarşı şantaj olaraq istifadə etməyə çalışır. Guya Gültəkin Hacıbəylinin Azərbaycana deportu “Boraltan faciəsi”nə bərabərmiş.

Gültəkin Hacıbəylinin hazırkı deportuna hazırlığı 1945-ci il hadisəsi ilə müqayisə etməyin özü gülüncdür. Əvvəla, Gültəkin Hacıbəyli “müstəqillik aşiqi” deyil, əksinə, müstəqil ölkədə dövlət çevrilişinə cəhd etmək və ölkəni hansısa ambisioz qonşunun tabeçiliyinə keçirmək cəhdinə görə şübhəli və yaxud şahid sırasındadır.

Ərdoğan haqda “Onu Azərbaycanda sevirlər, ancaq Gültəkin Hacıbəylini deport etsə, sevməyəcəklər” tipində bir şərləmə-şantaj kampaniyası aparmaq nəyə lazımdır? Kimdir Gültəkin Hacıbəyli ki, ona görə Azərbaycan xalqı taleyüklü savaşında yanında gördüyü qardaş ölkənin prezidentinə toz qondursun?

Ramiz Mehdiyev həbs ediləndən bir neçə gün sonra bilindi ki, Gültəkin Hacıbəyli bir aya yaxındır Türkiyədə, İstanbuldadır. Kimsə bilirdimi ki, Gültəkin hardadır və nə edir? Kimsə bilirdimi ki, o, Türkiyədə 2 illik oturum izni alıb? Kimsə bilirdimi ki, Gültəkin Hacıbəyli aylarla hansı işlə məşğuldur?

Kimin nəyinə lazımdır Hacıbəyli? Haranın böyük siyasətçisi oldu bu sabiq deputat? Azərbaycan xalqı aylarla yadına belə salmadığı, xəbəri belə olmadığı bir sabiq deputata görə Ərdoğana sevgisinimi azaldacaq? Ümumiyyətlə, G.Hacıbəylinin deportu nəmənədir ki, Ərdoğan onunla məşğul olsun? Ərdoğan bu işə əl qoysaydı, Gültəkin Hacıbəyli indiyə qədər gerigöndərmə məntəqəsində qalardımı?

İkincisi, Gültəkin Hacıbəylini Bakıda güllələnmə gözləmir axı.

Üçüncüsü və ən əsası: niyə Gültəkin Hacıbəyli Bakıya öz xoşu ilə gəlmək istəmir? Əgər heç bir suçu yoxsa, nədən narahatdır və niyə İstanbuldakı gerigöndərmə məntəqəsindən, özünün dediyi kimi, “faktiki olaraq həbsxanadan” dördəlli yapışaraq, Azərbaycana deport olunmaması üçün hər yola əl atır?

Hüquqi prosedurlar uzanarsa, Gültəkin Hacıbəyli İstanbuldakı deport məntəqəsində 1 il də qala bilər. Gültəkin Hacıbəyli də deyir ki, qaldığı yerin həbsxanadan qəti fərqi yoxdur. Qəti fərqi yoxdursa, onda Bakıya gəlməyə nə mane olur?

Gültəkin Hacıbəyli Milli Şuranın üzvüdür, Cəmil Həsənli isə sədridir. Əgər doğrudan da hansısa şərləmədən narahatdırsa, Cəmil Həsənli nümunəsinə baxa bilər: onu həbs etməyiblər, sadəcə, şahid kimi iki dəfə ifadə verib, ölkədən çıxışına qoyulan qadağanı da Cəmil Həsənli normal qarşıladı, hətta bunu alqışladı ki, bu ərəfədə ölkədən getmək qaçmaq anlamına gələrdi və bu da heç yaxşı iş deyil.

İndi Cəmil Həsənlinin məntiqi ilə yanaşsaq, Gültəkin Hacıbəyli qaçır, aradan çıxmağa çalışır, istintaqa gəlməmək üçün özünü oda-közə vurur, vəkillər tutur, Bakıda həbs olunub-olunmayacağını bilmir, ancaq faktiki İstanbulda həbsdə yaşamağa ləzzətlə davam edir və bu cəhdləri ilə istintaqın, o cümlədən izləyənlərin şübhələrini artırmaqla məşğuldur.

Yeri gəlmişkən, Türkiyədə vəkilin haqqı Azərbaycandakından çox-çox yüksəkdir. Niyə G.Hacıbəyli bu məsrəfləri çəkir?

Tarix
2025.12.19 / 09:00
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

Prezident konqres iştirakçılarına müraciət ünvanladı

Hacıbəyli “radikal müxalifət”ə necə rahat “transfer” edildi?

Belqrad-Bakı birbaşa uçuşlarının açılış tarixi açıqlandı

ABŞ və Ermənistan TRIPP çərçivəsində ilk görüş keçirdi

Bakı-İrəvan gərginliyi başa çatır - Kavelaşvili

ABŞ-ın ictimai-siyasi xadimləri Azərbaycana gələcək

Nikol Rusiyadan Azərbaycanla bağlı bunu xahiş etdi

Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!

Şahin Şıxlinskinin məhkəməsi başladı

Azərbaycandan Ermənistana neft məhsulları yola salındı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla