Yuxarı

Putinin mətbuat konfransında xəritə mesajı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinin mətbuat konfransında xəritə mesajı - Foto

Rusiya Prezidenti Vladimir Putin ilin yekunları ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, Ukraynada mümkün prezident seçkilərinin təhlükəsizliyini təmin etmək barədə düşünməyə hazırıq. Putinin sözlərinə görə, Rusiya seçkilər zamanı təhlükəsizliyi təmin etmək üçün Ukrayna ərazisinin dərinliklərinə zərbələr endirməyəcək. Ancaq Kremli sahibinin şərti var: “Əgər seçkilər keçirilərsə, Rusiyada yaşayan ukraynalılar üçün Rusiya ərazisində səsvermənin təşkil edilməsini tələb edirik”. Görünür, Putin ümid edir ki, Rusiyada yaşayan ukraynalıların səsi hesabına Ukraynada Yanukoviçə bənzər siyasətçini prezident kürsüsündə otuzdura biləcək və həmin şəxs Rusiyanın alçaldıcı şərtlərini qəbul edəcək.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O vurğulayıb ki, Rusiyada yaşayan ukraynalıların səsi prezident seçkisində həlledəci olmayacaq:

“Rusiyanın Krımı və Donbasın böyük hissəsini işğal etdikdən sonra Ukraynada ruspərəst siyasətçinin prezident seçilməsi ehtimalı son dərəcə azdır. Rusiyaya yaxınlığı ilə tanınan Viktor Yanukoviç Krım və Donbasdakı əhalinin səsləri hesabına prezident seçilmişdi. İndi həmin seçicilər Ukraynanın kənarında qalıblar və Ukraynada seçkilərin nəticələrinə təsir edə bilmirlər.

Seçkilərlə bağlı Putinlə yanaşı ABŞ Prezidenti Donald Tramp da Ukrayna Prezidenti Vladimir Zelenskiyə təzyiq edir. Yəqin Putin kimi Tramp da düşünür ki, Ukraynada prezident seçkisi keçirilsə, Zelenski ya namizədliyini irəli sürməyəcək, ya da seçkidə məğlub olacaq.

Birincisi, Zelenski yenidən namizədliyini irəli sürüb qələbə çala da bilər və bu halda Ukrayna işğalçıya qarşı müharibəni davam etdirəcək. İkincisi, Zelenski prezident seçilməsə belə, bir başqası Donbasın tamamından imtina etməyəcək”.

Ekspert xatırladıb ki, Putin bugünkü mətbuat konfransında nəinki Donbas, Xerson və Zaporojyedən də imtina etmək fikrində olmadığını deyib:

“Putinin mətbuat konfransı zamanı arxasındakı xəritədə də Donbasla yanaşı Xerson və Zaporojyenin tamamı Rusiya ərazisi kimi göstərilib. Halbuki bu iki bölgənin təxminən 40 faizi Ukrayna ordusunun nəzarətindədir.

Nə qədər ki, Putin hakimiyyətdədir, müharibənin dayandırılması real görünmür”.

Tarix
2025.12.19 / 18:50
Müəllif
Axar.az
Digər xəbərlər

Zimbabve parlamentinin spikeri Azərbaycana gəldi

Uşağın polis helikopterinə "salamı": mükafat aldı - Video

Azərbaycan XİN bu ölkəni təbrik etdi

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla