Yuxarı

Qarsayd: Vardanyanın Troika sxemlərindən xəbərsiz olması...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarsayd: Vardanyanın Troika sxemlərindən xəbərsiz olması...

"AnewZ" telekanalının "The Oligarch's Design" sənədli filmində beynəlxalq ekspertlərin Ruben Vardanyanın Troika Laundromat maliyyə şəbəkəsinin fəaliyyəti haqqında məlumatsız olması ilə bağlı bəyanatlarını şübhə altına alan fikirləri təqdim olunur.

Axar.az Report-a istinadla xəbər verir ki, "The Guardian" qəzetinin Avropa maliyyə məsələləri üzrə redaktoru Jülyet Qarsayd filmin yaradıcılarına bildirib ki, Ruben Vardanyan öz müştərilərini tanıdığını, lakin Troika şirkətlərinin dələduzluq sxemləri ilə əlaqəli vəsaitlər aldığından xəbərsiz olduğunda israr edirdi.

"Onun tamamilə məlumatsız olmasına dair bəyanatları inandırıcı deyil, çünki belə əməliyyatlar ya onun xəbəri olmadan baş verib, ya da o, bundan məlumatlı olub. Bununla yanaşı, onun öz şəxsi vəsaitlərinin bir hissəsi də eyni şirkətlər şəbəkəsi vasitəsilə keçib", - Qarsayd qeyd edib.

Onun sözlərinə görə, Maqnitski işində adı keçən vəsaitlər məhz bu şirkətlər vasitəsilə köçürülüb.

Öz növbəsində, Sergey Maqnitskinin keçmiş işəgötürəni, korrupsiyaya qarşı mübarizə və insan hüquqlarının müdafiəsi üzrə vəkil Ceymison Fayerstoun Maqnitski araşdırması ilə Troika Laundromat sxemi arasında birbaşa əlaqənin olduğunu bildirib.

"Sergeyin aşkar etdiyi pullar xəzinədən oğurlanıb, Rusiyadan çıxarılmaq üçün "Troika Laundromat"dan keçib və nəticədə çox nüfuzlu Rusiya məmurlarının bəzilərinin ciblərinə gedib", - Fayerstoun vurğulayıb.

Xatırladaq ki, "AnewZ" telekanalının jurnalist araşdırmaları silsiləsindən olan "The Oligarch's Design" sənədli filminin nümayişi dekabrın 19-da Nizami Kino Mərkəzində baş tutub.

Film açıq mənbələrdən əldə edilən məlumatlara və ofşor strukturlar vasitəsilə milyardlarla dolların köçürüldüyü Troika Laundromat maliyyə şəbəkəsini ifşa edən beynəlxalq araşdırmalara əsaslanır.

Sənədli filmin əsas süjet xətlərindən biri Ruben Vardanyanın 2022-ci ildə Rusiya vətəndaşlığından imtina etməsinə dair açıqlamaları, daha sonra Qarabağa köçməsi və qondarma separatçı rejimdə vəzifə tutması ilə bağlı hadisələrin xronologiyasıdır.

Filmdə, həmçinin "Aurora Foundation"in fəaliyyətinə də toxunulub. Dünyanın müxtəlif ölkələrindən tanınmış şəxslərin uzun illər ərzində iştirak etdiyi platformanın nümayəndələri ilə müsahibələr təqdim edilib.

Tarix
2025.12.20 / 13:04
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov qazaxıstanlı həmkarı ilə danışdı

Rusiyadan baxış: Azərbaycanın ən böyük üstünlüyü...

Ermənistan İsrailin bu oyununda yoxdur - Melkonyan

Milli Məclisin növbəti iclası başladı

Ermənistan bu məlumatları təqdim etmir – DTX

Emin ondan ev istəyən idmançıya görün nə hədiyyə etdi - Video

Paşinyanın İsrailin "erməni soyqırımı"nı tanımasına cavabı

Tədrisin rəqəmsallaşdırılması nəzərdə tutulur - Nazir

Misir Mərdanovdan nazirin qərarına reaksiya

DB buna görə Bakıya 410 milyon ayıracaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla