Yuxarı

Sərkisyan Azərbaycan KQB-sinə işləyib: kod adı “Nərimanov”...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərkisyan Azərbaycan KQB-sinə işləyib: kod adı “Nərimanov”...

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Erməni Apostol Kilsəsinin dini lideri II Qareginin hazırda həbsdə olan qardaşı arxiyepiskop Ezras Nersisyanın xarici dövlətlərin xüsusi xidmət orqanları ilə əlaqələrinin müəyyən edildiyini açıqlayıb.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, MTX Nersisyanın həmçinin 1986-1988-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi (KQB) ilə əməkdaşlıq etdiyini bildirib.

Ermənistan Baş naziri Nikol Paşinyan və həyat yoldaşına məxsus olan “Haykakan Jamanak” qəzeti isə keçmiş prezident Serj Sərkisyanın da sovet dönəmində KQB-yə “Nərimanov” kod adı ilə işlədiyini yazıb.

Hətta 2016-cı ildə Ermənistan parlamentində bir sıra qanun layihələrinin müzakirəsi zamanı fraksiyalar arasında mübahisə yarandığı, Sərkisyanın “Nərimanov” kod adı ilə KQB-yə işləməsinin xüsusi vurğulandığı deyilir.

Bundan başqa, Sərkisyanın vaxtilə Bakıdakı Zaqafqaziya Komsomol Məktəbində təhsil aldığı, Azərbaycanda erməni təbliğatına qarşı kampaniyalarda iştirak etdiyi iddia olunur. Lakin Sərkisyanın KQB-nin Azərbaycandakı bürosunun adamı olmasına rəğmən, daha sonra Moskvanın yönləndirməsi isə ermənipərəstliyi əsas götürdüyü deyilir.

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın da 2012-ci ildə mətbuata müsahibəsində bu iddiaları təsdiqlədiyi bildirilir.

Tarix
2025.12.22 / 12:04
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Donald Trampı bu sözlərlə təbrik etdi

Azərbaycanda Milli Qurtuluş Günüdür

Prezidentdən 15 iyunla bağlı paylaşım

Mehriban Əliyeva Qurtuluş Günü ilə bağlı bu paylaşımı etdi

Hikmət Hacıyev Ermənistana necə gedib?

Hikmət Hacıyev Ermənistanda gəzintiyə çıxdı - Video

Rəsmi Bakı Paşinyanın qələbəsindən sonra ilk addımı atdı

Vatikanın yüksək səviyyəli rəsmiləri Azərbaycana gəlir

Putinin vəzifə verdiyi İradə: Heç vaxt bu qədər...

Peru prezidenti Azərbaycan səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla