Yuxarı

Bakcell Media Savadlılığı Konfransının innovasiya tərəfdaşıdır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakcell Media Savadlılığı Konfransının innovasiya tərəfdaşıdır

İnnovasiya lideri Bakcell Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Media savadlılığı” həftəsi çərçivəsində “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşı olub.

Axar.az xəbər verir ki, Bakcell innovasiya tərəfdaşı kimi etibarlı informasiya mühitinin formalaşdırılması, dezinformasiyaya qarşı mübarizənin gücləndirilməsi və cəmiyyətdə informasiya təhlükəsizliyinin təmin olunması üzrə müəyyən edilmiş əsas prioritetlərin həyata keçirilməsinə dəstək göstərib.

Medianın İnkişafı Agentliyi tərəfindən 2022-ci ildən etibarən hər il dekabr ayında təşkil olunan “Media Savadlılığı” həftəsi çərçivəsində indiyədək 50-dən çox təlim və tədbir həyata keçirilib, ümumilikdə 3000-dən artıq iştirakçı media savadlılığı üzrə maarifləndirici proqramlarda iştirak edib. Qeyd edək ki, cari ildə həftə 15–22 dekabr tarixlərini əhatə edib və gənclər üçün xarici ekspertlərin iştirakı ilə müxtəlif təlimlər reallaşdırılıb.

Bakcell bu təşəbbüsə dəstək göstərməklə ölkədə media savadlılığının inkişafına və cəmiyyət üçün etibarlı informasiya mühitinin formalaşmasına töhfə verməyə davam edir.

Bakcell haqqında

Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Tarix
2025.12.22 / 18:28
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla