Yuxarı

İlham Əliyev: "Bu, çox ciddi irəliləyişdir"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev: "Bu, çox ciddi irəliləyişdir"

Bu gün Qəbələ şəhərində Qəbələ "ASAN xidmət" mərkəzi öz işinə başlayır. Bu gözəl əlamətdar hadisə münasibətilə sizi təbrik edirəm. Çox gözəl, yaraşıqlı binadır. Memarlıq baxımından Qəbələ şəhərinə əlavə yaraşıq verəcək. Əlbəttə ki, bu binada ən yüksək standartlar tətbiq olunur.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Qəbələ rayon ictimaiyyətinin nümayəndələri və "ASAN xidmət" mərkəzinin kollektivi ilə görüşündə deyib.

"Bu xidmət sayca 10-cu xidmətdir. Azərbaycanda bu günə qədər 9 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir - 5-i Bakıda, 4-ü digər şəhərlərdə - Gəncə, Sumqayıt, Bərdə və Sabirabadda. Onuncu mərkəz isə bu gün Qəbələ şəhərində açılır və artıq Qəbələdə də vətəndaşlar bu gözəl imkanlardan istifadə edəcəklər.

"ASAN xidmət" Azərbaycan məhsuludur. Üç il yarım ərzində 11 milyona yaxın müraciət olub. Bu, ictimai xidmətlər sektorunda çox ciddi bir irəliləyişdir. Əslində böyük bir inqilabdır. Çünki hamımız yaxşı xatırlayırıq ki, əvvəlki dövrlərdə bəzən hansısa sənədi, arayışı almaq üçün insanlar günlərlə, həftələrlə vaxt itirirdilər, müəyyən çətinliklərlə üzləşirdilər. İndi isə insanlar bütün bu imkanlardan rahat, çox asan formada istifadə edirlər.

"ASAN xidmət"i bəyənmə əmsalı da çox yüksəkdir. Təhlillər aparılır, rəy sorğuları keçirilir və əhalinin 98 faizi mərkəzlərdə göstərilən xidmətlərdən razıdırlar. Çünki burada şəffaflıq təmin edilir, bürokratiya, rüşvətxorluq yoxdur, mədəni xidmət göstərilir. Əslində belə də olmalıdır. "ASAN xidmət" nəinki ictimai xidmətlər sahəsində, ümumiyyətlə, cəmiyyət üçün çox vacib olan bir institusional mərkəzdir.

Müraciət edən vətəndaşlar bütün lazımi sənədləri artıq yeni şəraitdə alıblar. Qeyd etdiyim kimi, vətəndaşların mütləq əksəriyyəti bu xidmətlərdən razıdır. Bununla bərabər, 10 avtobus, səyyar xidmət fəaliyyət göstərir. Biz "ASAN xidmət"in funksiyalarını genişləndiririk. Hazırda 200-dən çox xidmət göstərilir. Yaxın gələcəkdə xüsusilə kommunal ödənişlərlə, vizaların verilməsi ilə bağlı yeni xidmətlər də göstəriləcək", - İlham Əliyev qeyd edib.

Tarix
2016.08.10 / 21:43
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Bayramov Saidovla danışdı

Ermənistana daha 7 vaqon buğda göndərildi

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

TƏBİB sədrindən gözlənilməz qərar: İsrafilov işdən çıxarıldı

Prezident Qurbanova babasının fədakarlığından danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla