Yuxarı

Gələn aydan gəlir vergisində kimlərə güzəştlər ediləcək?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gələn aydan gəlir vergisində kimlərə güzəştlər ediləcək?

Gələn aydan etibarən qeyri-neft və qeyri-dövlət sektorunda çalışan vətəndaşlar üçün müəyyənləşdirilmiş fiziki şəxslərin gəlir vergisi ilə bağlı güzəştlərin müddəti başa çatır. Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, növbəti ildən etibarən maaşı 2500 manatadək olan vətəndaşlardan 3 faiz gəlir vergisi tutulacaq.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı alim, deputat Vüqar Bayramov qeyd edib.

"Bəs, özəl sektorda çalışan hansı vətəndaşlarımıza vergi güzəştləri şamil olunacaq?

Məcəlləyə əsasən, bütövlükdə bütün muzdlu işçilərə 200 manat vergi güzəşti tətbiq olunur. Yəni əgər vətəndaşımız özəl sektorda çalışırsa və onun maaşı 1000 manatdırsa, o zaman gələn aydan etibarən onun ödədiyi gəlir vergisi 24 manat olacaq (1000 manat - 200 manat X 3 faiz).

Bununla yanaşı, bir sıra vətəndaşımızda güzəşt məbləği daha yüksək müəyyənləşib. Şəhid statusu almış şəxslərin valideynlərinin, dul həyat yoldaşlarının və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manatdır. Yəni, özəl sektorda çalışan həmin vətəndaşlarımız 800 manatadək maaş alırlarsa, heç bir vergi ödəməyəcəklər. 1000 manat maaş aldıqları halda isə cəmi 6 manat (1000 manat - 800 manat X 3 faiz) vergi ödəyəcəklər. Eyni güzəştlər vətən müharibəsi qəhrəmanlarına və milli qəhrəmanlara da şamil olunur.

Qazilərimiz, yəni müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış vətəndaşlarımıza güzəşt tətbiq edilən məbləğ 400 manatdır. Yəni, gələn ildən etibarən özəl sektorda onların maaşları minimum əmək haqqı məbləğindədirsə, vergi ödəməyəcəklər. 1000 manat maaş aldıqları halda isə 18 manat (1000 manat - 400 manat X 3 faiz) vergi ödəyəcəklər.

Qanunvericiliklə birinci qrup əlilliyi olan vətəndaşlarımız, məcburi köçkünlər və bir sıra digər vətəndaşlarımız üçün də müəyyən vergi güzəştləri nəzərdə tutulur. Bütün bunlarla yanaşı, son illər ölkəmizdə orta aylıq əmək haqqı məbləğlərində artım faizlərini nəzərə alaraq güzəşt məbləğlərinə baxılıb artırılması məqsədəuyğun olardı", - o əlavə edib.

Tarix
2025.12.29 / 10:14
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla