Yuxarı

Prezident yeni təyin etdiyi başçını bu səbəbdən işdən çıxardıb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident yeni təyin etdiyi başçını bu səbəbdən işdən çıxardıb

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimovu vəzifəsindən azad edib.

Axar.az xəbər verir ki, Teleqraf bir ay öncə təyin olunan icra başçısının qısa müddət ərzində vəzifədən azad olunmasının təfərrüatını öyrənib.

Məlum olub ki, Elxan İbrahimov rayon ərazisində bərpa-quruculuq işlərində uyğunsuzluğa yol verib. Bununla yanaşı, o, Rayon İcra Hakimiyyətinin kollektivi ilə xoş rəftar etməyib, bir sıra əməkdaşı işdən çıxarıb. İşdən çıxarılanlar arasında 4 ildir icra başçısının müavini vəzifəsində çalışan Ramiz Quliyev də olub.

Ümumi narazılıq fonunda icra başçısı bir ay öncə təyin olunduğu vəzifədən çıxarılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev noyabrın 12-də bir sıra rayonlara icra başçısı təyin edərkən məmurlara xalqa xidmət etmək, xalqla bir yerdə olmaqla bağlı xəbərdarlıq etmiş, onlara təvəzökar olmağı tapşırmışdı.

“Sizdən tələbim, eyni zamanda, xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimimin düzgün olduğunu sübut etməkdir. Əks təqdirdə, əlbəttə ki, lazımi ölçülər götürüləcəkdir” – deyə dövlət başçısı bildirmişdi.

Tarix
2025.12.29 / 19:09
Müəllif
Axar.az
Digər xəbərlər

Uşağın polis helikopterinə "salamı": mükafat aldı - Video

Azərbaycan XİN bu ölkəni təbrik etdi

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla