18:16
Prezident İlham Əliyev Qəbələ şəhərində avtomobil
yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam
imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı
məlumat yayıb.
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq,
Qəbələ şəhərində abadlıq-quruculuq işlərinin, o cümlədən avtomobil
yollarının əsaslı təmiri işlərinin həyata keçirilməsi məqsədi ilə
qərara alıram:
1. Qəbələ şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin
həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il
dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin ehtiyat fondundan "Azəravtoyol" Açıq Səhmdar
Cəmiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın
1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
18:50
İlham Əliyev "Azərbaycan Respublikası Milli
Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularının hərbi geyim
forması və fərqləndirmə nişanları haqqında Əsasnamə"nin və
"Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hərbi
qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının
təsvirləri"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2007-ci il 14 may tarixli 572 nömrəli Fərmanında
dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan
Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularının
hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə"nin
və "Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hərbi
qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının
təsvirləri"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2007-ci il 14 may tarixli 572 nömrəli Fərmanını
"Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və
Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin yaradılması
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14
dekabr tarixli 706 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə
qərara alıram:
"Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hərbi
qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları
haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikası Milli
Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularının hərbi geyim
forması və fərqləndirmə nişanlarının təsvirləri"nin təsdiq edilməsi
barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 may
tarixli 572 nömrəli Fərmanında (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007, № 5, maddə 454; 2009, № 8, maddə 617)
aşağıdakı dəyişikliklər edilsin:
1. Adında (hər iki halda), 1-ci, 2-ci hissələrində, 3.1-ci
bəndində, 4.1-ci və 4.2-ci bəndlərində "Milli Təhlükəsizlik
Nazirliyinin" sözləri "Dövlət Təhlükəsizliyi Xidmətinin" sözləri
ilə əvəz edilsin.
2. 4-cü hissəsində "Milli Təhlükəsizlik Nazirliyinə" sözləri
"Dövlət Təhlükəsizliyi Xidmətinə" sözləri ilə əvəz edilsin.
3. Həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikası Milli
Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularının hərbi geyim
forması və fərqləndirmə nişanları haqqında Əsasnamə"də və
"Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hərbi
qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının
təsviri"ndə dəyişikliklər təsdiq edilsin.
***
İlham Əliyev "Azərbaycan Respublikası Milli
Təhlükəsizlik Nazirliyinin emblemi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2005-ci il 25 mart tarixli 216 nömrəli
Fərmanında dəyişikliklər edilməsi barədə fərman
imzalayıb.
Fərmanda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan
Respublikası Milli Təhlükəsizlik Nazirliyinin emblemi haqqında"
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 25 mart tarixli
216 nömrəli Fərmanını "Azərbaycan Respublikasının Dövlət
Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici
Kəşfiyyat Xidmətinin yaradılması haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2015-ci il 14 dekabr tarixli 706 nömrəli Fərmanına
uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
"Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin
emblemi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il
25 mart tarixli 216 nömrəli Fərmanında (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005, № 3, maddə 174) aşağıdakı
dəyişikliklər edilsin:
1. Adında və mətnində (hər iki halda) "Milli Təhlükəsizlik
Nazirliyinin" sözləri "Dövlət Təhlükəsizliyi Xidmətinin" sözləri
ilə əvəz edilsin.
2. Həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikası Milli
Təhlükəsizlik Nazirliyinin emblemi haqqında Əsasnamə" üzrə:
2.1. adında,1-ci hissəsinin birinci və ikinci cümlələrində, 2-ci
hissəsində, 3-cü hissəsində (hər üç halda) və 4-cü hissəsinin
birinci, ikinci və üçüncü abzaslarında "Milli Təhlükəsizlik
Nazirliyinin" sözləri "Dövlət Təhlükəsizliyi Xidmətinin" sözləri
ilə əvəz edilsin;
2.2. 1-ci hissəsinin birinci cümləsində "milli təhlükəsizlik"
sözləri "dövlət təhlükəsizliyi" sözləri ilə əvəz edilsin;
2.3. 2-ci hissəsində "Nazirliyin" sözü "Xidmətin" sözü ilə,
"Milli Təhlükəsizlik Nazirliyinə" sözləri "Dövlət Təhlükəsizliyi
Xidmətinə" sözləri ilə əvəz edilsin.
3. Həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikası Milli
Təhlükəsizlik Nazirliyinin rəsmi embleminin təsviri" üzrə:
3.1. adında, birinci hissəsində və emblemin şəklinin adında
"Milli Təhlükəsizlik Nazirliyinin" sözləri "Dövlət Təhlükəsizliyi
Xidmətinin" sözləri ilə əvəz edilsin;
3.2. ikinci hissəsinin birinci cümləsində "MİLLİ TƏHLÜKƏSİZLİK
NAZİRLİYİ" sözləri "DÖVLƏT TƏHLÜKƏSİZLİYİ XİDMƏTİ" sözləri ilə əvəz
edilsin;
3.3. emblemin şəkli yenisi ilə əvəz edilsin (əlavə olunur).
20:34
İlham Əliyev İsmayıllı şəhərində çoxmənzilli binaların
əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam
imzalayıb.
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İsmayıllıda
abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin
mənzil fonduna daxil olan 26 çoxmənzilli binanın əsaslı təmiri
məqsədi ilə qərara alıram:
1. İsmayıllı şəhərində çoxmənzilli binaların əsaslı təmiri
işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının
2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan
Respublikası Prezidentinin ehtiyat fondundan İsmayıllı Rayon İcra
Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın
1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.