Yuxarı

“Azərsu” Xətai sakinlərini qanunsuz ödənişə məcbur edir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərsu” Xətai sakinlərini qanunsuz ödənişə məcbur edir

Paytaxtın Xətai rayonunda Azərsu ASC-nin yerli idarəsi Tarif Şurasının 2016-cı il mayın 15-də suyun qiymətinin qalxması barədə qərarından sui-istifadə edir.

Sakinlərin Axar.az-a verdiyi məlumata görə, Azərsu ASC-nin Xətai Sukanal İdarəsi tərəfindən bu ilin fevralında Gəncə prospekti 2942A ünvanında (470 mənzilli yeni tikili) quraşdırılan sayğacların qeydə alınması prosesinə başlanılıb. Sakinlərin sözlərinə görə, o vaxta qədər sayğaclar olsa da, su pulu adambaşına hesablanıb:

"2016-cı ilin fevral ayından isə sayğacların möhürlənməsi və qeydiyyatı başladı və mart ayından adambaşına ödəmə dayandırıldı. İdarə işçiləri bildirdilər ki, bundan sonra sayğaca uyğun ödəmə aparılacaq".

Ancaq aradan aylar keçsə də, Azərsu ASC-nin Xətai Sukanal İdarəsi sakinlərə kodları təqdim etməyi yubadıb və bunu binada sayğacların qeydə alınmasının gecikməsi ilə izah edib:

"Suyun qiyməti mayın 15-də 36 qəpikdən 50 qəpiyə qaldırıldı. O zaman biz idarəyə müraciət etdik ki, sayğacların üstündəki rəqəmlərin götürülməsi və kod verilməsini təmin etsinlər, biz də əvvəlki borcları köhnə tariflə ödəyək. Lakin idarədən heç bir səs çıxmadı".

Avqust ayının əvvəlindən isə idarə əməkdaşları kodları paylamağa başlayıblar və borclu abonentlərdən bütün borcu yeni tariflə - 50 qəpikdən ödəməyi tələb ediblər.

Sakinlərin sözlərinə görə, bu qanunsuzluğun aradan qaldırılması üçün Xətai Sukanal İdarəsinə müraciət etsələr də, heç bir nəticəsi olmayıb, idarə yetkililəri bütün borcun yeni tariflə ödənilməli olduğunu bildiriblər.

Xətai Rayon Sukanal İdarəsindən Axar.az-a bildirildi ki, yaranmış problemin səbəbkarı MTK rəhbərliyidir: "Biz mənzilləri ayrı-ayrılıqda deyil, bütövlükdə binanı qeydiyyata alırıq və ondan sonra fərdi qaydada kodlar paylanılır. Təəssüf ki, binanın sayğaclaşmasında kecikmə oldu, bəzi mənzillərdəki sayğacları iyun ayında qeydə ala bildik və binanın kodlaşması da bu ayda gerçəkləşdi. Buna görə də hazırda ödənişlər yeni tariflə tələb edilir".

Görünür, məsələnin mahiyyəti də bundadır. Hər hansı bir qurumun səhlənkarlığının nəticəsi ayrı-ayrı abonentlərin hüquqlarının pozulması və onların əlavə ödəniş məcburiyyətində qalmasına səbəb olmamalıdır.

Azərsu ASC-dən məsələyə münasibət öyrənmək mümkün olmadı.

Xatırladaq ki, bu ilin mayın 15-dən Tarif Şurasının qərarı ilə bir kub metr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik, tullantı sularının axıdılması xidmətlərinin tarifləri isə əhali üçün 15 qəpik (ümumilikdə 50 qəpik) səviyyəsində təsdiq olunub.

Tarix
2016.08.12 / 15:58
Müəllif
Hacı Qulu
Digər xəbərlər

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

XİN Türkiyəyə başsağlığı verdi

Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu - Video

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla