Yuxarı

Nurçuların Azərbaycandakı adamının məktubu – Şok sənəd

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nurçuların Azərbaycandakı adamının məktubu – Şok sənəd

"Prezident Administrasiyasındakı adamımız sayəsində Daxili İşlər, Maliyyə, Təhsil, Ədliyyə Nazirliklərində kadrlarımızın yerləşdirilməsi arzu etdiyimiz istiqamətdə genişlənib". Bu sözlər ölkəmizdə fəaliyyət göstərən "Çağ" Öyrətim İşlətmələrinin rəhbəri, türkiyəli iş adamı Ənvər Özərənin Fətullah Gülənə göndərdiyi məktubda yer alıb.

Məktub "Axar.az"a etibarlı mənbələrdən daxil olub.

Məktubda Fətullah Gülənə müraciət edən Ənvər Özərən Prezident Administrasiyasındakı adamlarından kifayət qədər razı olduqlarını bildirib. O, məhz həmin şəxsin sayəsində ölkənin əsas dayaq məntəqələrinə kadrlarını yerləşdirməyi bacardıqlarını deyib. Ənvər Özərən həmçinin Azərbaycan Gənclər Təşkilatına (Məktubda belə bildirilir – red.) özlərinin xüsusi adamlarını yerləşdirdiklərini və bunların gələcəkdə ölkədəki rəhbər vəzifələrə gətiriləcəyini yazıb.

Daha sonra isə türkiyəli iş adamı Azərbaycan kəşfiyyatının təriqətin ətrafında öz agentlərini yerləşdirdiklərini və daima müşayiət altında olduqlarını qeyd edib. Təhlükənin ən mühüm amili kimi isə o, son zamanlar təriqətə məxsus iş adamlarının izlənməsini, həmçinin parlamentdəki nümayəndələrinin ciddi vəziyyətlə qarşı-qarşıya qalmasını göstərib. Həmin adamın kim olmasına gəlincə isə məktub müəllifi bunu qeyd etməkdən imtina edib.

Müəllif həmçinin hazırda təriqətin Azərbaycandakı nümayəndələrinə şəxsən xəbərdarlıq etdiyini vurğulayıb. Ən maraqlı məqam isə Ənvər Özərənin ölkə kəşfiyyatı içərisinə öz adamlarını sızdırmaq istəmələri haqqında olan etirafı olub: "Bir müddət öncə Azərbaycan milli kəşfiyyatının akademiyasına qəbul olmuş tələbəmiz müəyyən edilərək buradan qovulmuşdu".

Məktubda Ənvər Özərən Fətullah Güləndən Azərbaycana ABŞ-dan daha çox təzyiq edilməsi üçün hərəkətə keçməyi xahiş edib:

"Prezident Administrasiyasındakı dostumuzun dediyinə görə, hazırda Azərbaycan ABŞ-la münasibətlərini gücləndirmək üçün lobbi fəaliyyətlərini artırıb. Azərbaycan dövləti nəzdində lehimizə fəaliyyət göstərməyi üçün ABŞ-dakı dostlarımızın bunu nəzərə almağını istəyirik".

Ənvər Özərən sonda Fətullah Gülənin Prezident Administrasiyasındakı adını çəkmədiyi şəxslə bağlı xüsusilə ehtiyatlı olmaq haqqında tövsiyyələrinin ona yetirildiyini bildirib.

Qeyd edək ki, son günlər ölkədə nurçuların dövlət qurumlarına öz adamlarını yerləşdirmələri haqqında informasiyalar mediada geniş yer alıb. Bəzi yüksək vəzifəli məmurlarla yanaşı, 24 millət vəkilinin də nurçulara xidmət etdiyi haqqında məlumatlar genişlənməkdədir.

Sənədin orginalını təqdim edirik.

Tarix
2014.03.03 / 10:47
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla