Yuxarı

Şəhid atası məzar qalmaqalına əsəbiləşdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəhid atası məzar qalmaqalına əsəbiləşdi - Foto

Şəhid Samir Kaçayevin qəbir daşının icra hakimiyyətinin və digər aidiyyəti qurumların məsuliyyətsizliyi ucbatından hazır olmadığı iddiası yalandır.

Bu sözləri Axar.az-a açıqlamasında şəhidin atası Ziyatin Kaçayev deyib. Oğlunun adının məqsədyönlü təxribatlarda hallandırılmasını istəməyən ata bəzi mətbuat orqanlarında və sosial şəbəkədə yayılan xəbərlərdən narahat olduğunu bildirib.

Ziyatin Kaçayevin sözlərinə görə, Samirin yaxın dostlarının onun məzarı üçün memorial abidə hazırlamaq istəyini nəzərə alan icra hakimiyyəti abidənin tamamlanmasını gözləyir.

Abidəni hazırlayan gənclərdən biri də mərhumun yaxın dostu, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi Rahib Qarayevdir.

Rahib Qarayev Axar.az-a bildirdi ki, Samirin abidəsini onun doğmaları hazırlayır:

"Hamımız birlikdə ona layiq bir məzar daşının ərsəyə gəlməsi üçün çalışırıq. Proses Şamaxı İcra Hakimiyyətinin nəzarətindədir. Mətbuatda çıxan xəbərlər bizi də narahat edir. Sözügedən yazıların aradan qaldırılmasını və Samirin adının bu kimi məsələlərdə hallanmamasını istəyirik".

Rahib bəy oktyabr ayında heykəltəraş Samir Kaçayevin "Xalq Bank"da sərgisinin keçiriləcəyi, abidənin isə sentyabr ayının əvvəllərində hazır olacağını açıqladı.

Rahib Qarayev hazırda üzərində işlədikləri memorial abidənin fotolarını da sözlərinin təsdiqi kimi redaksiyaya təqdim etdi.

Tarix
2016.08.16 / 20:07
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlər... - Hulusi Kılıç

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla