Yuxarı

İrana hücum variantı: Ankara 3 plan hazırladı – Bəs, Bakı?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrana hücum variantı: Ankara 3 plan hazırladı – Bəs, Bakı?

İrana hərbi müdaxilə ehtimalı hələ də yüksək səviyyədədir: Tramp Davosdan qayıdarkən hücum planının aktual olduğunu vurğuladı; ABŞ-ın zərbə qruplarını daşıyan “Abraam Linkoln” gəmisi ilə yanaşı, ən azı altı “C-17A Globemaster III” hərbi-nəqliyyat təyyarəsini Yaxın Şərqə göndərdiyi haqda məlumat yayılıb, növbəti ay ərzində 24 saat hazırlıq əmrinin verildiyi CENTCOM rəhbəri isə İsrail ordusunun Baş Qərargah rəisi ilə görüşüb; İsrail mediası bu həftə İrana hücum hazırlığında həlledici dövr olduğunu yazır; “İsrail Hayom” nəşri ABŞ-ın İranda Xamenei də daxil olmaqla, potensial hədəflərini açıqlayıb.

Bunun fonunda Türkiyənin İranda mümkün müharibəyə hazırlığı haqda yayılan məlumatlar diqqət çəkir. Məlumatlara görə, müharibə olacağı təqdirdə Türkiyə miqrantların mümkün qədər İran ərazisində saxlanılması məqsədilə sərhəddə “bufer zona” yaratmağı planlaşdırır. Xarici İşlər Nazirliyinin parlamentin Xarici Əlaqələr Komissiyasına təqdim etdiyi məxfi hesabatda A, B və C olmaqla, üç planın hazırlandığı deyilir.

12 günlük müharibə və son etirazlar zamanı İrandan Türkiyəyə axının olması fonunda Ankaranın hazırlıq planı anlaşılandır. Hadisələrin mümkün inkişafı Azərbaycanın da analoji vəziyyətə hazırlığı zərurətini yaradır. Hərçənd, bir tərəfdə güneylilərin təhlükəsizliyi, digər tərəfdə qaçqın axınının yarada biləcəyi humanitar problemlər Bakını dilemma ilə üz-üzə qoya bilər. Həm soydaşlarımızın təhlükəsizliyinin təmin edilməsi, həm də humanitar problemin minimal həddə saxlanılmasının iki mümkün yolu görünür.

Birincisi, genişmiqyaslı müharibə olacağı təqdirdə sərhəddə “bufer zona”nın yaradılması və soydaşlarımızın qarşılaşa biləcəyi humanitar problemlərin həllinə yardım etmək;

İkincisi, ABŞ və İsraili Güney Azərbaycan şəhərlərini hədəfə almamasına, xüsusilə mülki əhaliyə təhlükə yaradacaq addımların atılmamasına razı salmaq: 12 günlük müharibədə Bakının soydaşlarımızın təhlükəsizliyi ilə bağlı Təl-Əvivdən xahiş etdiyi haqda məlumatlar vardı;

Soydaşlarımızın təhlükəsizliyinin maksimum təmin edilməsi şərtilə Güneyi tərk etməməsi mümkün müharibədən sonra İranın ehtimal olunan gələcəyində yer almaları və öz maraqlarını təmin etməsi baxımından da əhəmiyyətlidir.

Tarix
2026.01.26 / 11:10
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Azərbaycanla ABŞ TRİPP-in icrası məsələlərini müzakirə etdi

CNN-in Azərbaycanla bağlı uydurma yazısı - Foto

İqlimi dəyişdirən gizli texnologiyalar...

Şimali Kiprin baş naziri Azərbaycanı təbrik etdi

Əli Əsədov Şimali Kiprin baş naziri ilə görüşdü

Zülfüqarovdan ermənilərə: Etməyin, məsləhət görmürəm!

Rusiyada səssiz hakimiyyət dəyişikliyi baş verir - FT

Bunu Əliyev, Paşinyan, Magyar, Sandu bacardı - Saakaşvili

Azərbaycan getdikcə bu modeli izləyir - Hacıyev

Onlar ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla