Yuxarı

Rusiya Cənubi Qafqazda təsirini belə itirir - Ukrayna kəşfiyyatı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Cənubi Qafqazda təsirini belə itirir - Ukrayna kəşfiyyatı

“Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu” (TRİPP) proqramı tədricən Rusiyanı Cənubi Qafqazda əsas oyunçu mövqeyindən məhrum edir.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin məlumatında bildirilib.

“Ən azı 49 il ərzində Ermənistan–ABŞ birgə idarəetmə şirkəti layihənin fəaliyyətini və keçmiş rəqiblər arasında kommunikasiyanı təmin edəcək. Son vaxtlara qədər Moskva regionda əsas və yeganə vasitəçi kimi çıxış edirdi.

TRİPP çərçivəsində İranla sərhəd boyunca uzanan dəmir yolu xəttinə paralel neft və qaz kəmərlərinin, optik lifli şəbəkələrin çəkilməsi, eləcə də avtomobil yolu infrastrukturunun yaradılması planlaşdırılır. Bu dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyə və Avropa ölkələrindən keçən Transxəzər marşrutunun “vacib həlqəsi” olacaq.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın sözlərinə görə, layihədə Rusiyanın iştirakı ABŞ və Ermənistan tərəfindən ümumiyyətlə müzakirə olunmayıb.

Eyni zamanda, Ermənistanın Baş naziri Nikol Paşinyan hazırda Ermənistan dəmir yollarının konsessiyaçısı olan Rusiya Dəmir Yolları ASC-yə demək olar ki, ultimativ müraciət edərək Azərbaycan və Türkiyə sərhədlərinə qədər dağıdılmış dəmir yolu xətlərinin tez bir zamanda bərpasını təklif edib. Əks halda, bu işlər Ermənistanın hesabına həyata keçiriləcək ki, bu da Rusiyanın regiondakı mövcudluğunun məqsədəuyğunluğunu sual altına qoyacaq”, – məlumatda qeyd olunur.

Tarix
2026.01.27 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlərə... - Hulusi Kılıçdan sərt sözlər

Prezident Anım Günü ilə bağlı videoçarx paylaşdı

Müdafiə naziri Zəfər abidəsini ziyarət etdi

Ordumuz hərb tarixinin ən şərəfli səhifəsini yazdı - Qafarov

Türkiyə XİN şəhidlərimizi belə yad etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla