Yuxarı

"Bu nailiyyətlər Azərbaycan üçün faydalı ola bilər"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Bu nailiyyətlər Azərbaycan üçün faydalı ola bilər"

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) Koreya Respublıkasının daxili işlər naziri Honq Yun-Sıkın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, "Elektron hökumət" quruculuğu istiqamətində qarşılıqlı təcrübə mübadiləsi, nüvə, peyk sənayesi, poçt rabitəsi sahələrində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Nazirlikdən Axar.az-a bildirilib ki, ölkələrimiz arasında siyasi-iqtisadi münasibətlərin inkişafından söhbət açan rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ikitərəfli əməkdaşlığın bütün sahələrdə, o cümlədən rabitə və yüksək texnologiyalar sahəsində də uğurla davam etdiyini bildirib.

R.Quluzadə Koreyanın İKT sahəsində əldə etdiyi nailiyyətlərin və uğurlu təcrübənin Azərbaycan üçün faydalı ola biləcəyini qeyd edib.

Koreya şirkətlərinin Azərbaycanda həyata keçirilən İKT layihələrində iştirakından danışan nazir ölkəmizin bu əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Nazir bu baxımdan Bakıda keçiriləcək "Bakutel-2016" beynəlxalq informasiya texnologiyaları sərgi-konfransının əlverişli platforma olduğunu bildirərək, Koreya tərəfini sərgidə iştiraka dəvət edib.

Honq Yun-Sık, öz növbəsində, Azərbaycan-Koreya münasibətlərində qarşılıqlı əməkdaşlığın bütün istiqamətlərdə, o cümlədən İKT, rabitə və yüksək texnologiyalar sahəsində yüksək səviyyədə olduğunu qeyd edib. O bildirib ki, Azərbaycanda hazırda "Elektron hökumət" quruculuğu istiqamətində uğurlu işlər həyata keçirilir. Nazir son 8 il ərzində ölkəsinin BMT-nin "Elektron hökumətin inkişaf indeksi" üzrə tərtib etdiyi hesabatda liderliyini qeyd edərək, bu istiqamətdə Azərbaycana istənilən dəstəyin göstərilməsinə hazır olduqlarını bildirib. O, həmçinin BMT-nin hesabatında Azərbaycanın mövqeyinin xeyli yüksəlməsinə görə təbrik edərək, bu uğuru RYTN-in həyata keçirdiyi səmərəli işlərin nəticəsi kimi qiymətləndirib.

Koreyalı nazir İKT sahəsində daha yüksək nəticələrin əldə edilməsi üçün azərbaycanlı kadrlara treninqlərin keçirilməsini, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsini təklif edib.

RYTN üçün "Elektron hökumət" təlim-tədris mərkəzinin yaradılması və texniki təchizatında göstərdiyi dəstəyə görə Koreya dövlətinə təşəkkürünü bildirən R.Quluzadə bundan sonra da əlaqələrin yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliyini ifadə edib.

Tarix
2016.08.19 / 20:54
Müəllif
Axar.az
Digər xəbərlər

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

TƏBİB sədrindən gözlənilməz qərar: İsrafilov işdən çıxarıldı

Prezident Qurbanova babasının fədakarlığından danışdı

Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto

Erməni mediası Misir Mərdanovdan yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla