Yuxarı

Buna uyğun xidmətlər göstərməliyik - Nazir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Buna uyğun xidmətlər göstərməliyik - Nazir

Azərbaycana turist axını çoxalıb. Bu il xüsusilə Körfəz ölkələrindən Azərbaycana kütləvi surətdə turist axınını müşahidə edilir. Rusiyadan, Orta Asiya respublikalarından gələn turistlərin sayı da artmaqdadır. Ona görə də biz xüsusilə diqqətli olmalıyıq. Qonaqpərvərliyimiz, xidmətlərin çeşidi, təbiətin qorunması ilə yanaşı, turistlərin bu gözəl mənzərələrdən, yaradılan şəraitdən mədəni şəkildə istifadə etmələri haqqında düşünməliyik. Bu, yalnız bir nazirliyin, dövlət qurumunun, yerli icra hakimiyyəti orqanlarının deyil, hamımızın işidir.

Axar.az xəbər verir ki, bu fikirləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şəkidə keçirilən vətəndaş qabulu zamanı jurnalistlərə müsahibəsində deyib.

Nazir bildirib ki, hər bir Azərbaycan vətəndaşı turistlərə Vətənimiz haqqında həqiqətlərin çatdırılmasına, xalqımızın yüksək qonaqpərvərlik və vətənpərvərlik ruhu nümayiş etdirməyə çalışmalıdır. Turistlərə bütün xidmətlər Azərbaycanın ənənəvi qonaqpərvərlik ruhunda təqdim olunmalıdır. Bu məqsədlə mədəniyyət ocaqlarında xüsusi proqramların, treninq kurslarının keçirilməsinin nəzərdə tutulduğunu qeyd edən Əbülfəs Qarayev deyib: "Hazırda nazirlik tərəfindən "ASAN xidmət"lə birgə bütün muzey işçiləri, musiqi və incəsənət məktəblərinin, rəsm qalereyalarının, kitabxanaların mütəxəssisləri üçün xüsusi kurslar təşkil etmək barədə plan tərtib edilib. Bu proses davamlı olmalıdır".

Şəki şəhərində və ətraf bölgələrdə yüksək səviyyəli xidmətlər təqdim etməyə qadir olan turizm obyektlərinin formalaşdığını diqqətə çatdıran nazir Əbülfəs Qarayev vurğulayıb ki, bu obyektlərdə insanların imkanlarına uyğun xidmətlər təqdim edilməsi sevindirici haldır. Yəni qiymətlər 20-30 manatdan başlayır və 100-150 manatadək artır.

Nazir deyib ki, bu gün turizm ölkəmizdə qeyri-neft sektorunun aparıcı sahəsinə çevrilməklə yanaşı, həm də insanların maddi rifahının yaxşılaşması, işsizliyin aradan qaldırılması, Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması baxımından əvəzsiz imkanlar yaradır və bundan maksimum faydalanmaq lazımdır.

Tarix
2016.08.19 / 21:41
Müəllif
Axar.az
Digər xəbərlər

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

TƏBİB sədrindən gözlənilməz qərar: İsrafilov işdən çıxarıldı

Prezident Qurbanova babasının fədakarlığından danışdı

Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto

Erməni mediası Misir Mərdanovdan yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla