Yuxarı

İlham Əliyevin Pezeşkiana zəng etməsi... - Moskvadan baxış

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyevin Pezeşkiana zəng etməsi... - Moskvadan baxış

Bu yaxınlarda Azərbaycan prezidenti ilə iranlı həmkarı arasında telefon danışıqları baş tutdu və İlham Əliyev İran ətrafındakı gərginliyin həllinə töhfə verməyi təklif etdi. Azərbaycan heç bir şəkildə İrana zərbələr endirmək üçün öz ərazisini və hava məkanını təmin etməyəcəyini bəyan etdi.

Axar.az xəbər verir ki, bunu rusiyalı iranşünas İrina Fyodorova İranla ABŞ arasındakı mövcud vəziyyət, eləcə də Azərbaycanın bu sahədə gərginliyin azaldılmasına mümkün töhfəsi barədə danışarkən deyib.

“Azərbaycanın qapısının ağzında müharibəyə ehtiyacı yoxdur. Və Bakı həmişə mümkün qədər İranla münasibətləri yaxşılaşdırmağa, onları sabitləşdirməyə çalışır. Son günlərdə Azərbaycan və İran hakimiyyət nümayəndələri arasında intensiv telefon əlaqələri müşahidə olunur. Tərəflər vəziyyətlə bağlı fikirlərini müqayisə etməyə çalışırlar. Ola bilsin ki, Tramp dövründə Azərbaycanla ABŞ arasında münasibətlərin yaxşılaşması, eləcə də Azərbaycanla İsrail arasındakı yaxşı münasibətlər nəzərə alınmaqla, Bakı gərginliyin soyumasına öz töhfəsini verə bilər. Prezidentlər Pezeşkian və Əliyev arasında yaxşı münasibətlər qurulub”, - o bildirib.

Qeyd edək ki, İlham Əliyev Pezeşkiana 31 yanvarda zəng etmişdi.

Tarix
2026.02.04 / 12:30
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Sərhəddə azərbaycanlı sürücülər çətin vəziyyətdə - Video

Vahid Ələkbərov amerikalı ilə razılaşdı: 10 milyardlıq satış

Təsdiqləndi, prezident Azərbaycana gələcək

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla