Yuxarı

Nəsirzadə Əliyevlə görüşdə açıq dedi: Pezeşkian göndərib!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nəsirzadə Əliyevlə görüşdə açıq dedi: Pezeşkian göndərib!

İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin Azərbaycana səfəri iki kontekstdə xüsusi əhəmiyyət kəsb edir.

Birincisi, səfərin ABŞ-İran danışıqlarının başlandığı gün reallaşmasıdır.

Bu, təkcə Vaşinqtonla qarşıdurma yaşayan Tehranın regional müstəvidə təhlükəsizlik arayışından yox, eyni zamanda, Bakının mümkün vasitəçiliyindən də qaynaqlana bilər. İstisna deyil ki, ABŞ-la danışıqlar masasına əyləşən İran İsraillə də arxa fonda müəyyən təmasları qurub, yaxud qurmaq niyyətindədir. Daha öncə Rusiyanın İran-İsrail xəttində müəyyən təmaslar qurduğu haqda informasiyalar yayılmışdı. Hazırda Bakının Tehran-Təl-Əviv xəttində diplomatik körpü yaratdığı ehtimalı görünür və ya İranın Azərbaycandan belə istəkləri var.

İkincisi, Əziz Nəsirzadənin Prezident İlham Əliyevlə görüşdə “Pezeşkianın göstərişi ilə səfərə gəldiyini” vurğulamasıdır.

Bu detal Bakı-Tehran xəttində iki məsələni ön plana çıxarır.

- Pezeşkian Bakı ilə təmasları sıxlaşdırmaqla İranda mühafizəkar qanadın Azərbaycanı hədəf seçməsinin qarşısına sədd çəkir. Nəsirzadənin qəbulda “Prezident Pezeşkian Azərbaycana böyük təəssübkeşlik nümayiş etdirir” ifadəsi bu baxımdan, maraq kəsb edir.

- Bakının Tehran-Təl-Əviv xəttində mümkün təmaslar qurması, yaxud belə bir təklif İranda Pezeşkianın komandasının təşəbbüsüdür. Mümkündür ki, ABŞ-ın hərbi müdaxiləsinin qarşısını almaq məqsədilə müxtəlif diplomatik kanallarla işləyən İran rəhbərliyində Pezeşkian Əliyev xəttindən istifadə etmək missiyasını üzərinə götürüb. Prezident İlham Əliyev Pezeşkianla telefon səhbətində “gərginliyin aradan qaldırılmasına töhfə verməy hazır olduğunu” demişdi. Bu zəngdən sonra və məhz Omanda danışıqların başlandığı gün Pezeşkianın Nəsirzadəni Bakıya göndərməsini belə oxuya bilərik.

Tarix
2026.02.07 / 09:27
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

İranın AzTV-ni “düşmən” saymasının cavabı...

Türkiyədə işlənən sözlərdən niyə qaçırıq?

Ruben Vardanyanın maliyyə şəbəkələri ilə bağlı yeni faktlar

AzTV İranın bu hücumlarına cavab verəcək - Video

Erməni cinayətkarların məhkəməsi keçirildi

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla