Yuxarı

Dünya nəhəngləri Bakıya gəldi – Burada nə yaradırlar?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünya nəhəngləri Bakıya gəldi – Burada nə yaradırlar?

ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyəti 9-10 fevral tarixlərində Azərbaycana səfər edib. Onlar Bakıda Prezident İlham Əliyev səviyyəsində qəbul ediliblər.

Nümayəndə heyətinə 31 şirkətin rəhbər şəxsləri daxildir və bu şirkətlər nüfuzu və maliyyə imkanları baxımından dünya nəhəngləri sırasındadır. Məsələn, “Apple” şirkətinin illik büdcəsi 416.2 milyard dollar, “ExxonMobil” şirkətinin 332.24 milyard dollar, “Meta” şirkətinin 200.97 milyard dollar, “Boeing Global” şirkətinin 89.46 milyard dollar, “Visa” şirkətinin 40 milyard dollar, “Mastercard” şirkətinin 32.79 milyard dollar, “Baker Hughes” şirkətinin 27.73 milyard dollar, “Marriott” şirkətinin 25.10 milyard dollar, "Ericsson AB" şirkətinin 24.19 milyard dollar, "Wabtec" şirkətinin isə 10.39 milyard dollar təşkil edir.

Nəhəng şirkətlərin rəhbər şəxslərinin Azərbaycana marağı nə ilə bağlıdır? Bu, regional təmsilçiliklərin Bakıya daşınması anlamına gələ bilərmi?

Axar.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycana maraq getdikcə artır:

“Bizim əhalimiz, ərazimiz, coğrafiyamız, logistik imkanlarımız ciddi fürsətlərdir. Xarici şirkətlərin Azərbaycana marağının artmasının genişlənməsinə ehtiyac var.

Bunun üçün daxildə də qanunvericilik haqları və investisiyaların qorunmasıyla bağlı boşluqlar aradan qaldırılmalıdır. Daha cəlbedici vergi və gömrük siyasəti yürüdülməlidir ki, həmin şirkətlər Cənubi Qafqazda mərkəz kimi Bakını, Azərbaycanı seçsinlər.

Onlara da sərf edir ki, enerji potensialı, maddi imkanları daha yüksək olan və regionun əhali, ərazi olaraq ən geniş dövlətində təmsilçilik etsinlər. Bu onlara daha maraqlı gəlir. Biz də öz tərəfimizdən elə addımlar atmalıyıq ki, bu cəlbedicilik daha da artsın və regionun investisiya mərkəzi məhz Azərbaycan olsun”.

Tarix
2026.02.10 / 14:38
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla