Yuxarı

Vensin İrəvana səfəri - Moskva “hücum” tapşırığı verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vensin İrəvana səfəri - Moskva “hücum” tapşırığı verdi

Ermənistanın radikal müxalifəti və bu dairələrə bağlı eskpertlər Moskvadan aldıqları tapşırıq əsasında ABŞ vitse-prezidenti Ceyms Vensin Ermənistana səfərini və İrəvanda imzalanan sazişlərin əhəmiyyətini azatlmağa çalışırlar.

Axar.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib.

“Birincisi, Vens İrəvanda “soyqırım abidəsini” ziyarəti ilə bağlı paylaşımını sildiyinə görə tənqid olunub. İkincisi, ABŞ-ın Ermənistanın nüvə enerjisi sektorunun inkişafına 9 milyard dollar sərmayə qoyacağı şübhə altına alınıb. Aydındır ki, Vensin Baş nazir Nikol Paşinyanla imzaladığı bu saziş Ermənistanın Rusiyadan enerji asılılığını azaltmaq məqsədi daşıyır. Ancaq Paşinyana müxalif olanların fikrincə, ABŞ layihəsinin reallaşacağı sual altındadır”, - politoloq bildirib.

Onun sözlərinə görə, radikallar ABŞ-ın başqa ölkələrdə modul tipli atom elektrik stansiyaları inşa etmək təcrübəsi olmadığını və bu modulların istismarının baha başa gəldiyini düşünür:

“Radikalları o da qəzəbləndirib ki, Rusiya və Çin Ermənistanda daha ucuz qiymətə modul tipli atom elektrik stansiyalarının inşası təklifini verərkən, Nikol Paşinyan cəmiyyətlə məsləhətləşmədən daha bahalı Amerika variantını seçib. Radikallar ABŞ-ın Ermənistana satacağı 6 milyon dəyərindəki dronların faydasız olduğunu da iddia ediblər. Çünki həmin dronlar hücum yox, kəşfiyyat xarakteri daşıyır.

Erməni radikalların və onlarla əlaqəli ekspertlərin canfəşanlığı aydındır.

Vensin İrəvana səfəri və Ermənistana dəstəyi parlament seçkiləri öncəsi Nikol Paşinyanın mövqelərini gücləndirir. Bunu amerikalı rəsmilər heç gizlətmirlər də. Paşinyan ölkəsinin Rusiyanın asılılığından qurtulması üçün çalışır. Ona görə də İrəvan Rusiyanın “Rosatom” şirkətinin modul tipli atom elektrik stansiyasının inşası təklifinə yox, ABŞ-ın eyni təklifinə üstünlük verib.

ABŞ-ın Ermənistanda inşa edəcəyi modul tipli atom elektrik stansiyaları Rusiyanın idarə etdiyi “Metsamor” atom elektrik stansiyasını tədricən əvəz edəcək. O ki qaldı, ABŞ-ın Ermənistana satacağı kəşfiyyat xarakterli pilotsuz uçuş aparatlarına, qonşu ölkə Azərbaycanla sülh quruculuğu prosesini davam etdirdiyinə görə, İrəvanın hücum dronlarına ehtiyacı olmamalıdır”.

Tarix
2026.02.11 / 14:40
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla