Yuxarı

Vens İrəvanda ilk addımı Azərbaycan xalçasına atdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vens İrəvanda ilk addımı Azərbaycan xalçasına atdı

Britaniyanın “Quardian” qəzeti ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin İrəvana səfəri barədə məlumat verərkən bir detala diqqət çəkib. Standart protokola uyğun olan qırmızı xalça əvəzinə, Vensin təyyarəsinin pilləkənləri önünə şərq naxışlı xalça sərilib, bu da “erməni qonaqpərvərliyinin, ənənəsinin və bəlkə də milli kimliyinin jesti kimi” təqdim olunub.

Axar.az xəbər verir ki, bu barədə “Qafqaz bürosu” məlumat yayıb.

“Protokoldan başlayaq. ABŞ vitse-prezidenti səviyyəsində səfərlər üçün təyyarənin pilləkənlərində standart qırmızı xalçadan istifadə olunur. Hər zaman. Milli xalçalara, ornamentlərə və ənənəvi dekorativ elementlərə icazə verilir, lakin bunlar yalnız yaşayış yerlərində və iclas otaqlarında mümkündür. “Ənənəvi” xalçanın trapın yanında görünməsi qonaqpərvərlik jesti deyil, nümayişkaranə simvolik bir hərəkətdir. Yeganə sual burada hansı simvolun seçilməsidir”, - məlumatda deyilib.

Xalçanın fotoşəkilini büroya şərh edən Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Milli Xalça Muzeyinin keçmiş direktoru Şirin Məlikova bildirib ki, Vensin təyyarəsinin qarşısına Qarabağ xalçası sərilib:

“Bu, Qarabağ məktəbinin ən məşhur kompozisiyalarından biridir və dünyanın aparıcı muzeylərində və şəxsi kolleksiyalarında yüksək qiymətləndirilən “əjdaha xalçaları” dövrünə gedib çıxır. Yəni, aydın regional və mədəni atributlara malik Azərbaycan xalça sənətinin klassik nümunəsidir. 2020-ci ildə İtaliyadakı şəxsi kolleksiyadan Azərbaycan Milli Xalça Muzeyi üçün oxşar XVIII əsrə aid Qarabağ xalçası əldə edilib. Erməni xalçaçılığı sənaye formasında daha sonra, Rusiya imperiyasının gəlişi ilə inkişaf edib”.

Büro vurğulayıb ki, diplomatiya, jurnalistikadan fərqli olaraq, bu cür simvolları diqqətlə oxuyur:

“Nəticə paradoksaldır: qonağını heyran etmək üçün İrəvan öz protokol jestini Qarabağ və deməli, Azərbaycan mədəni kodeksi ilə göstərib. Və Vensin Ermənistandakı ilk addımı başqasının mirasına doğru bir addım olub. Beləliklə, bu, diplomatiya xalçasıdır, yoxsa açıq siyasi mesajdır? (Əgər sonuncudursa, kimə ünvanlanıb?)”.

Tarix
2026.02.11 / 15:35
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Prezident fərman imzaladı

Kremldən Vensin Bakı və İrəvan səfərinə reaksiya

Vensin İrəvana səfəri - Moskva “hücum” tapşırığı verdi

Bakı və Vaşinqtonun strateji tərəfdaşlığı - Detallar

İlham Əliyevin sədrliyi ilə müşavirə keçirildi - Foto

Azərbaycan Fələstin məsələsinin bu cür həllini dəstəkləyir

İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul etdi

Pezeşkian Azərbaycana təşəkkür etdi

Vensin Şəhidlər xiyabanını ziyarət etməsi bunun ifadəsidir

İlham Əliyev Məsud Pezeşkianı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla