Yuxarı

Ermənistan sülh sazişini niyə iyuna qədər imzalamaq istəyir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan sülh sazişini niyə iyuna qədər imzalamaq istəyir?

Ermənistan Azərbaycanla sülh sazişini iyunun 7-də keçiriləcək parlament seçkilərindən əvvəl imzalamaq istəyir. Paşinyan bildirib ki, bu məsələ hökumətin gündəliyinə daxil edilib.

Sülh sazişinin imzalanması Ermənistan hakimiyyətinin seçkidə mövqelərini gücləndirə, revanşistlərin antisülh gündəliyinə əsaslanan proqramlarını sıradan çıxara bilər. Bakı-İrəvan xəttində razılaşmalar da sülh sazişinin imzalanmasının önünü açır:

- Əsas ziddiyyətli məsələ olan Zəngəzur dəhlizi həll edilib: Vaşinqton anlaşmalarından sonra ABŞ-Ermənistan TRİPP müqaviləsində layihənin icrası öz əksini tapır; ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasında da Naxçıvana maneəsiz bağlantının açılması qeyd olunur;

- Sərhədin delimitasiyası ilə bağlı prinsipial razılaşma var: tərəflər mübahisəli məsələlələri sülh yolu ilə həll edəcəklər;

- İkitərəfli ticarət əlaqələri qurulub və genişlənməsi perspektivləri mövcuddur;

Bu mənzərə fonunda sazişin Ermənistandakı seçkilərdən öncə imzalanması imkanları görünür. Seçkidə Paşinyanın qalib gəlməsi razılaşmaların icrası, ümumilikdə regional sülhün əldə edilməsi baxımından vacib olduğunu nəzərə alsaq, Bakının sazişlə İrəvana jest etməsi ssenarisi məqbul hesab oluna bilər. Hərçənd, yekun sülh sazişinin önündə əngəl olan Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Ermənistan konstitusiyası tərəddüdlər yaradır.

Ermənistan hakimiyyəti bunun problem olmadığını iddia edir: paraflanan sülh sazişi layihəsində “sazişin daxili qanunvericilikdən üstün olması”nı əsas gətirərək, konstitusiya dəyişmədən imzalanmanın reallaşmasını mümkün hesab edirlər, eyni zamanda, seçkidən sonra yeni konstitusiyanın qəbulu ilə bağlı referendum keçiriləcəyi vədini verirlər.

Azərbaycanın bununla bağlı haqlı tərəddüdləri var.

Birincisi, Paşinyanın mövqeləri güclü olsa da, seçkidə qalib gəlməsi aksioma deyil, həmçinin seçkilərə müdaxilə fors-major situasiya yarada bilər;

İkincisi, Paşinyan hakimiyyətinin seçkidə qalib gəldikdən sonra vədinə nə qədər sadiq qalacağı sual altındadır, tarixi təcrübə Ermənistana bel bağlamağın təhlükəli olduğunu ispatlayıb.

Bu baxımdan, seçkidən öncə - Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qalxmadan sülh sazişinin imzalanması risklidir.

Tarix
2026.02.12 / 08:00
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla