Yuxarı

İranla quru sərhədin açılması mümkündür? – Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranla quru sərhədin açılması mümkündür? – Deputat

Azərbaycanın quru sərhədlərinin yaxın perspektivdə açılması ehtimalı real görünmür və bu məsələ birbaşa regional təhlükəsizlik riskləri ilə bağlıdır.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov quru sərhədlərin açılması perspektivindən danışarkən deyib.

Deputat bildirib ki, 2020-ci ilin mart ayından etibarən pandemiya səbəbilə bağlanan quru sərhədlərinin post-pandemiya dövründə də bağlı qalmasının əsas səbəbi artıq sağlamlıqla deyil, təhlükəsizlik məsələləri ilə əlaqələndirilir və bu amil ən yüksək siyasi səviyyədə dəfələrlə vurğulanıb:

“Son günlər İranın mədəni irs, turizm və əl işləri naziri Rza Salehi Əmirinin Bakı ilə Tehran arasında sərnişin daşımalarının bərpası ilə bağlı açıqlaması diqqət çəksə də, bu istiqamətdə konkret siyasi qərarın verildiyini qəti şəkildə söyləmək çətindir.

Quru sərhədlərinin açılması birbaşa təhlükəsizlik məsələlərinin müsbət həllindən asılıdır. Azərbaycan hazırda yalnız İranla deyil, digər qonşu ölkələrlə də quru sərhədlərini bağlı saxlayır. Bu səbəbdən yalnız bir ölkə ilə sərhədlərin açılması, digərləri ilə bağlı qalması məntiqi və rasional yanaşma kimi görünmür”.

Elman Nəsirov qeyd edib ki, İranla sərhədlərin açılmasının pilot layihə kimi dəyərləndirilməsi ehtimalı müzakirə olunsa da, əsas meyar yenə də təhlükəsizlikdir:

“Xüsusilə son dövrdə regionda baş verən proseslər, o cümlədən İran–İsrail arasında yaşanan gərginlik və ABŞ–İran münasibətlərinin kritik həddə çatması fonunda təhlükəsizlik və miqrasiya məsələləri daha da aktuallaşıb. Belə bir şəraitdə sərhədlərin açılmasının təhlükəsizlik baxımından zəmanətli olacağını düşünmək real görünmür.

Lakin regionda təhlükəsizlik baxımından vəziyyət sabitləşərsə, mövcud təhdidlər aradan qalxarsa, perspektivdə quru sərhədlərin açılması məsələsi yenidən aktuallaşa bilər. Bu halda Bakı–Təbriz və digər istiqamətlər üzrə sərnişin daşımalarının bərpası da istisna olunmur. Bunun üçün isə müvafiq təhlükəsizlik mühitinin formalaşması və ciddi zəmanətlərin təmin edilməsi zəruridir”.

Tarix
2026.02.12 / 07:00
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Bilet qiymətləri və quru sərhədlərlə bağlı şad xəbər

Hörmüz böhranı: Xəzər İran üçün alternativ yol ola bilər - KİV

Pezeşkian Azərbaycanla əlaqələrdən danışdı

Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... – Ekspert

Paşinyan və Putin nələri müzakirə edəcək? - Uşakov

Növbəti raund: Belarusla siyasi məsləhətləşmələr keçirildi

Azərbaycanlıların olduğu gəmi batma təhlükəsi ilə üzləşdi

Baş nazirdən İrandakı səfirliyimizlə bağlı qərar

İrəvan Qarabağda xidmət edən generallara cinayət işi açır

Sərkisyandan soruşurdum ki, nə baş verib... - Zülfüqarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla